Əsas səhifə » İsrailin təxribatlarını qətiyyətlə qınayırıq - Türkiyə XİN

İsrailin təxribatlarını qətiyyətlə qınayırıq - Türkiyə XİN

BAKI, AzerVoice

Türkiyənin Xarici İşlər Nazirliyi, İsrailin hökümət üzvünün Məscidül-Əqsadakı təxribat xarakterli hərəkətlərini pisləyib.

AzerVoice xəbər verir ki, bu barədə nazirliyin verdiyi açqılamada deyilir.

“Bu gün israilli bir hökumət üzvünün Məsçidül-Əqsaya basqın etməsini, bir parlament üzvünün orada işğalçı dövlətin bayrağını açmasını və Qüdsdə keçirilən yürüş zamanı radikal məskunlaşma tərəfdarları tərəfindən törədilən təxribatçı hərəkətləri qətiyyətlə pisləyirik. Bu kimi hərəkətlər, İsrailin Fələstin xalqına qarşı davam etdirdiyi soyqırım və məcburi köçürmə siyasəti ilə yanaşı, işğal olunmuş Fələstin torpaqlarının tarixi və demoqrafik kimliyini dəyişdirmək və ilhaq etmək yönündəki səylərinin açıq göstəricisidir” - deyə, açıqlamada bildirilib.

Nazirlik vurğulayıb ki, İsrail Baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin bu addımları Məscidül-Əqsanın tarixi və hüquqi statusunu əsla dəyişdirə bilməz.

Digər Kateqoriyalar

2025 © Azervoice