Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Bağdad gözdən pərdə asır, İran fürsətdən yararlanır: Ərəb sammiti ərəfəsində İraqda gərginlik

    14 May 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İrandan dəstək alan İraq fraksiyalarının tərəfdarları 17 mayda keçiriləcək Ərəb Liqası sammiti ərəfəsində Bağdad küçələrindən “şəhid”lərin – o cümlədən Haşdi-Şəbi, İran İnqilab Keşikçiləri Korpusu və Hizbullah liderlərinin şəkillərinin yığışdırılmasına etiraz olaraq "#şəkillərin_yığışdırılması_şəhidlərə_xəyanətdir" adlı geniş sosial media kampaniyasına start veriblər. İraqda bu addımın hökumət təlimatı ilə həyata keçirilib-keçirilmədiyi ətrafında ciddi müzakirələr gedir.

    İrana bağlı qruplar bu fürsətdən istifadə edərək ərəb ölkələrinə qarşı hücumlar təşkil edir, Qasım Süleymani (keçmiş SEPAH komandiri/Suriya qəssabı), Əbu Mehdi əl-Mühəndis (Haşdi-Şaabi sədr müavini) və keçmiş Hizbullah baş katibi Həsən Nəsrullahın şəkillərinin yığışdırılmasını, Ərəb sammitində iştirak edəcək bəzi ərəb liderlərini razı salmaq məqsədilə atılmış addım kimi təqdim edirlər. Lakin bu iddiaları təsdiqləyən rəsmi və ya qeyri-rəsmi heç bir açıqlama yoxdur.

    Bəzi xəbər portalları və sosial şəbəkələrdə paylaşılan məlumatlara əsasən, Bağdadın bəzi bölgələrindən şəhid şəkilləri çıxarılıb. Paylaşımlarda belə qeyd olunur:
    Səhər tezdən hökumət qrupları işıqlanma dirəklərindəki şəhid şəkillərini endirməyə başlayır. Heç bir bəyanat, üzrxahlıq və ya ehtiram əlaməti yoxdur. Elə bil onlar Bağdadın simasında bir yük idilər.

    Bəzi paylaşım və şərhlərdə isə Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şəranın hədəfə alındığı, şəkillərin guya onunla bağlı çıxarıldığı, yerinə Suriya bayrağının şəkillərinin yerləşdiriləcəyi iddia olunur.

    İraq parlamentinin Şəhidlər, Qurbanlar və Siyasi Məhbuslarla İş üzrə Komitəsi məsələ ilə bağlı sərt bəyanatla çıxış edib. Komitə bəzi rəsmi qurumlar tərəfindən şəhid şəkillərinin ümumi yolların kənarından yığışdırılmasını pisləyərək, bunu ölkənin əsas simvollarına qarşı açıq hörmətsizlik və onların mübarizəsinə qarşı ədalətsizlik adlandırıb.

    Komitənin açıqlamasında deyilir:
    Bu addımı vətənin gerçək simvollarına qarşı açıq təhqir və onların fədakarlıqlarına qarşı böyük haqsızlıq kimi qiymətləndiririk. Əgər bu insanların fədakarlıqları olmasaydı, bu gün nə ölkə ayaqda olardı, nə də indiki hakimiyyət mövcud vəzifə və imtiyazlardan istifadə edə bilərdi.
    Şəhid şəkilləri bəzək və ya müvəqqəti afişalar deyil, əksinə onların verdiyi qurbanların əzəmətini əks etdirən canlı bir tarix kitabəsidir. Onları gizlətmək istəyənlər üçün bu, ayıbdır. Hökumət bu şəkillərlə fəxr etməli idi, onları gizlətməyə yox.

    Komitə hökuməti bu addıma görə siyasi və mənəvi baxımdan tam məsuliyyət daşımağa çağıraraq, şəhid şəkillərinin əvvəlki yerlərinə dərhal qaytarılmasını və hətta ərəb nümayəndə heyətlərinin keçəcəyi yollarda daha da gücləndirilməsini tələb edib.

    Həmçinin, Şəhidlər Fondu Nazirlər Kabinetinin Baş Katibliyi ilə koordinasiyada, şəhid şəkillərinin geri qaytarılması və yerləşdirilməsi üçün rəsmi kampaniyaya dərhal başlanmasını tələb edib:

    Qeyd edək ki, Haşdi-Şaabi Rəhbərliyi isə Bağdadın Ərəb sammitinə hazırlığı çərçivəsində şəhid şəkillərinin yığışdırılması ilə bağlı yayılan məlumatları təkzib edib.

    Təşkilatın Media İdarəsinin bəyanatında deyilir:
    Şəhid şəkillərinin çıxarılması barədə yayılan iddialar tamamilə əsassızdır və onların məqsədi ancaq qarışıqlıq yaratmaq və çaşqınlıq törətməkdir.Şəhid şəkilləri yerlərində qalır və onlara xüsusi diqqətlə yanaşılır. Hazırda həmin şəkillərin saxlanılması və yenilənməsi istiqamətində rəsmi plan çərçivəsində tədbirlər görülür. Bu da təşkilatın onların fədakarlıqlarına olan sədaqətinin göstəricisidir.

    Haşdi-Şəbi tərəfdarları isə media və sosial şəbəkələrdən rəsmi mənbələrə istinad etməyə, dezinformasiyaların yayılmamasına çağırıb.

    Mübahisə davam etdiyi vaxt yerli mənbələr bildirir ki, "Seyyidüş-Şühəda" briqadasının üzvləri, Ərəb sammitindən əvvəl çıxarılan komandanın şəklini yenidən əvvəlki yerinə yerləşdiriblər. Bu hərəkət bəzi dairələr tərəfindən hazırkı vəziyyətə siyasi mövqe və konkret mesaj olaraq qiymətləndirilib.

    #İraq #Bağdad #Hizbullah #SEPAH #İraq Müqavimətinin Koordinasiyası #İraqda türkmənlər #İran və Hizbullah əlaqələri #İraq və Livan siyasəti #Həşdi-Şaabi #İraq və Livan müqavimət hərəkatı #İraqın siyasi sabitliyi #İraq hökuməti və radikal qruplar #İraqın beynəlxalq münasibətləri #SEPAH raket bölməsi #Hizbullah və Qəzza həmrəyliyi #Həşd əş-Şaabi nədir #Həşdin buraxılması ilə bağlı ABŞ təzyiqləri #Həşd əş-Şaabi qanunu 2025 #ABŞ İran danışıqları və Həşd məsələsi #Məhəmməd Şiə əs-Sudani Həşd mövqeyi #Tami Brus Həşd açıqlaması #Həşd əş-Şaabi və korrupsiya ittihamları #İraqda Həşd üzvlərinin sayı və maliyyələşməsi #Həşd əş-Şaabi seçkilərdə rol oynayırmı #İraqda Həşdin hüquqi statusu #Həşd əş-Şaabi ilə bağlı qanunvericilik dəyişiklikləri #Həşd əş-Şaabi İraqda nə rol oynayır? #Həşd əş-Şaabi qanunu nəyi dəyişəcək? #Həşd əş-Şaabi seçkilərə necə təsir edir? #Həşdin rəhbəri kim olacaq? #ABŞ-İran müzakirələrində Həşdin rolu nədir? #İraq parlamenti Həşd haqqında hansı qanunu qəbul edib? #Sepah və Suriya #İran Hizbullah əməkdaşlığı #Hizbullahın hərbi arsenalı #Hizbullahın silahsızlaşdırılması #Naim Qasim və Hizbullah #SEPAH və Xamenei əlaqəsi #SEPAH və terror maliyyələşməsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    SEPAH Hörmüz boğazının 24 saat nəzarətdə saxlanıldığını açıqlayıb

    17 Fevral 2026 11:14

    SEPAH Hörmüz boğazında təlimlər keçir

    16 Fevral 2026 17:09

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Livanın baş naziri ölkəsinin yeni bir müharibəyə sürüklənməsinə icazə verməyəcəyini bəyan edib

    3 Fevral 2026 16:27

    İran Avropa İttifaqı ölkələrinin səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb

    3 Fevral 2026 15:34

    Təqaüdçü kovboyun son gedişi: Tramp gəmiləri ilə hədələyir, Tehran isə "Zəmanət yoxdursa, danışıqlar da yoxdur" deyir

    31 Yanvar 2026 09:00

    Aİ SEPAH-ı terror siyahısına sala bilər - Kallas

    29 Yanvar 2026 12:08

    Keçən il Türkiyədən İraqa xalça ixracı 297 milyon dolları keçib (ÖZƏL)

    29 Yanvar 2026 09:40

    MİT İranın casus şəbəkəsini zərərsizləşdirib

    28 Yanvar 2026 17:39

    ABŞ üç keçmiş SEPAH əməkdaşını deportasiya edib

    28 Yanvar 2026 10:55

    Pəhləvi İtaliyanın SEPAH-ı terror siyahısına salmaq təşəbbüsünü dəstəklədi

    27 Yanvar 2026 20:40
    XƏBƏR LENTİ

    ABŞ-Belçika münasibətlərində yeni mübahisə

    Böyük şeytanın gözü İranın sərvətlərindədir... "Sülh qarşılığında neft"?

    Alim Nəbiyevdən ardıcıl üçüncü qələbə

    Se7en - Yeddi günahın qanlı izi

    Aeroport şosesində gecə saatlarında hərəkət məhdudlaşdırılacaq

    Dövlət Komitəsinin sədri Qazaxıstan səfiri ilə görüşüb

    Türkiyə Qəzza ilə bağlı mövqeyini ABŞ-də açıqlayacaq

    Hörmüz boğazı bağlandı: Tehran və Moskvadan ABŞ-a hərbi mesaj - dəniz təlimləri başlayır

    Baltik dənizində mənfi 5 dərəcədə uçuş: Bayraktar TB3 NATO təlimində uğurla sınaqdan keçib

    CHP-yə meydanı boş buraxmayacağıq - Ərdoğan

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.