Əsas səhifə » XİN Hindistan və Pakistan arasında gərginlikdən narahatlığını ifadə edib

XİN Hindistan və Pakistan arasında gərginlikdən narahatlığını ifadə edib

BAKI, AzerVoice

Pahalqamdakı hücumdan sonra Hindistan və Pakistan arasında mövcud gərginlikdən narahatıq.

AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Hindistan və Pakistan arasındakı gərginliyə dair bəyanatında deyilir.

"Biz təmkinli olmağa və mövcud gərginliyi aradan qaldırmaq üçün konstruktiv dialoqa çağırırıq. Belə qeyri-sabit vəziyyətdə birtərəfli hərəkətlərdən çəkinmək vacibdir.

Bundan əlavə, hazırkı vəziyyəti həll etmək üçün açıq və şəffaf beynəlxalq araşdırma aparılacağına ümid edirik.

Münaqişənin həlli üçün yolun beynəlxalq hüququn norma və prinsipləri, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında mənalı dialoqun və danışıqların olduğuna inanırıq.

Regional sabitlikdə ortaq və qarşılıqlı marağı qəbul edərək, ümid edirik ki, tərəflər öz xalqlarının və daha geniş regionun rifahının qorunması üçün, sülh və əməkdaşlıq naminə diplomatik kanallardan istifadə edəcəklər", - deyə bəyanatda bildirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice