Əsas səhifə » Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib

Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib

BAKI, AzerVoice

Türkiyənin Kütahya şəhərində 4,2 bal gücündə zəlzələ baş verib.

AzerVoice xəbər verir ki, Türkiyənin Kütahya vilayətinin Simav rayonunda 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 15:51-də baş verib və yerin təxminən 12,55 kilometr dərinliyində qeydə alınıb. Hazırda hər hansı dağıntı və ya xəsarət barədə məlumat yoxdur.

Digər Kateqoriyalar

2025 © Azervoice