29
BAKI,AzerVoice
Rəcəb Tayyib Ərdoğan sabah Şimali Kipr Türk Cümhuriyyətinə (KKTC) səfər edəcək.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun X sosial media hesabından açıqlama verib.
Bildirilib ki, Ərdoğan səfər çərçivəsində tikintisi tamamlanan KKTC Prezidentliyi, Respublika Məclisi, Baş Nazirlik və Millət Bağçasının yer aldığı yaşayış kompleksinin açılışında və TEKNOFEST KKTC mükafatlandırma mərasimində iştirak edəcək.
Həmçinin Altun bildirib ki, Ərdoğan KKTC Prezidenti Ersin Tatar ilə də görüşəcək.
Görüşlərdə Kipr məsələsi ilə yanaşı, ikitərəfli əlaqələr və beynəlxalq inkişaflar müzakirə olunacaq.