Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Qətər-Rusiya görüşü: Sülhə aparan yol Dohadan keçə bilərmi?

    17 Aprel 2025 10:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Qətər əmiri Şeyx Təmim bin Həməd Al Saninin Rusiyaya səfəri, Dohanın vasitəçilik səylərini genişləndirmək və Qəzza vasitəçiliyinin sona yaxınlaşdığı bir vaxtda Ukrayna müharibəsi, Rusiya-Suriya münasibətləri və Türkiyənin oradakı varlığı kimi məsələləri də əhatə etmək istəyini göstərir. Doha bu yolla geniş vasitəçi rolunu oynamağa çalışır və buna sözün əsl mənasında siyasi iradəsi də sahibdir.

    Daim beynəlxalq diqqət mərkəzində olan Qətər , HƏMAS ilə İsrail və ya daha əvvəl Taliban ilə ABŞ arasındakı vasitəçiliyin bitməsi ilə rolunun başa çatmasını istəmir. Ona görə də, Qətər diplomatiyasını daha geniş miqyasda hərəkətə gətirir. Mövcud böhranlar səbirli və nəticə əldə edən vasitəçilərin müdaxiləsini tələb edir və bu rola Qətər ən uyğun namizəddir.

    Bu böhranların başında Ukrayna müharibəsi gəlir. Qətər burada vasitəçilik üçün açıq bir yol görür. Prezident Vladimir Putin Qətərin rolunu qəbul edir, ukraynalılar isə istənilən effektiv vasitəçini axtarır. ABŞ Prezidenti Donald Tramp da Qətərin bu rolu üzərinə götürməsinə qarşı deyil.

    Qətər əmiri Moskvaya yalnız Ukrayna mövzusu ilə bağlı səfər etmir; Suriya məsələsi də Putinlə görüş gündəmində əsas mövzulardan biri olacaq.

    Şərtlər Qətərin Moskva ilə Kiyev arasında vasitəçi kimi rol alması üçün əlverişlidir. Daha əvvəl Səudiyyə Ərəbistanı vasitəçilik cəhdlərinə başlamış, ABŞ və Rusiya arasında danışıqlar aparılmış və Ukrayna Prezidenti Volodimir Zelenski orada qarşılanmışdı. Lakin Səudiyyə cəhdləri yarımçıq qaldı, baxmayaraq ki, danışıqların uğurla nəticələnəcəyinə dair nikbinlik var idi. Hətta Tramp və Putin arasında sammit keçiriləcəyi, Rusiya-Ukrayna arasında birbaşa təmasların qurulacağı da gündəmdə idi.

    Lakin ABŞ-Rusiya və ya Rusiya-Ukrayna arasında məhbus mübadiləsi kimi daha kiçik məsələlərdə edilən səylər belə, müharibənin gedişatına ciddi təsir etmədi.

    Rusiya və Qətər bildiriblər ki, Putin və Şeyx Təmim cümə axşamı Moskvadakı görüşlərində Ukrayna müharibəsinə son qoyacaq sülh razılaşmasına dair səyləri müzakirə edəcəklər.

    ABŞ Prezidenti Tramp dəfələrlə üç ildir davam edən Ukrayna müharibəsində “qan axıdılmasına” son qoymaq istədiyini bəyan edib. Lakin Moskva sülh razılaşmasına gəlməyin asan olmadığını bildirib. Bu isə Qətər əmirinin bu məsələdə irəliləyiş əldə edib-etməyəcəyi sualını gündəmə gətirir.

    Əmirin səfəri yalnız Ukrayna ilə məhdudlaşmır. Suriya məsələsinin də Putin və Şeyx Təmim arasında əsas müzakirə mövzusu olacağı gözlənilir. Təmimin Moskvaya səfərindən əvvəl Suriya Prezidenti Əhməd Şəraa ilə görüşməsi bu istiqamətdə bir işarədir. Bu səfərin eyni vaxta təsadüf etməsi təsadüfi sayılmır.

    Doha, Moskva ilə Dəməşq arasında rabitə kanallarını açmağa ən yaxın tərəfdir. Qətərin Suriyada on ildən artıq müddətdə müxalifətə verdiyi geniş dəstək və yeni hökumətə, xüsusilə elektrik məsələsi kimi həyati sahələrdə köməyi buna əsas verir. Şəraa, Təmimlə Dohadakı görüşdə bildirib ki, : “Qətər dövlətinin səmimi mövqeyini və Suriya xalqına göstərdiyi sabit dəstəyi heç vaxt unutmayacaq”

    Ruslar hesab edir ki, Qətər, Rusiyanın yeni Suriya hökuməti ilə bağlı baza məsələlərinin həllində daha çox əməkdaşlıq göstərəcək. Bu, Əsədin devrilməsindən sonra vasitəçi rolunu oynamağa çalışan Türkiyədən fərqlidir. Türkiyənin Suriyada öz hərbi bazalarını təmin etmək istəyi Rusiya üçün vəziyyəti daha da çətinləşdirib.

    Qətər diplomatiyasını hərtərəfli hərəkətə gətirib. Rusiyaya yola düşməzdən əvvəl Təmim həm də Livan Prezidenti Cozef Aun ilə görüşüb. Doha Livanı birbaşa dəstəkləməyə hazır olduğunu bildirib.

    Qətər Livan ordusuna maaş dəstəyi üçün 60 milyon dollarlıq yardım və 162 hərbi texnika göndəriləcəyini açıqlayıb. Bu isə, Qətərin Livanda keçid dövrünün uğurla tamamlanmasına və ordunun ölkədə silah üzərində nəzarətini təmin etməsinə dair amerikalıların və livanlıların gözləntilərinə uyğun hərəkət etdiyini göstərir.

    Qətərin vasitəçilik üçün şərtləri əlverişlidir, xüsusilə də, bu prosesə başlayıb onu tamamlamayan Səudiyyə Ərəbistanı kimi ölkələrlə müqayisədə.

    Kreml bildirib ki, Putin və Qətər əmiri arasında Moskvadakı görüşdə əsas diqqət “aktual məsələlərə”, xüsusən də ticarətə və beynəlxalq maraq doğuran mövzulara yönələcək.

    “Putinlə Qətər əmiri arasında Ukrayna məsələsi və regional məsələlər ətrafında fikir mübadiləsi mütləq olacaq.Regionda qarşıdurma ehtimalı yüksəkdir və Qətər bu böhranların həllində mühüm və böyük rol oynayır.”- deyə, Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildiirb.

    Putin və Qətər əmiri sonuncu dəfə ötən ilin iyulunda Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində görüşüblər.

    Qətər Rusiya və Ukrayna arasında vasitəçilik təşəbbüslərində bulunub və müharibə zamanı valideynlərindən ayrılmış uşaqların geri qaytarılmasında yardım göstərib.

    Qətər Xarici İşlər Nazirliyinin dövlət naziri Məhəmməd əl-Xəlifi Rusiyanın TASS agentliyinə bildirib ki, liderlər Ukrayna, Suriya və Qəzza ilə yanaşı enerji, xüsusən də maye təbii qaz məsələlərini də müzakirə edəcəklər.

    #Qətər #Qətər vasitəçiliyi #Qətər Əmiri #Türkiyə-İraq-Qətər-BƏƏ əməkdaşlığı #Qətər Əmiri Moskvada #Şeyx Təmim Putin görüşü #Qətər vasitəçilik rolu #Qətərin diplomatik rolu #Qətər Ukrayna danışıqları #Qətər və Suriya münasibətləri #Qətər Putin Zelenski #Qətər Tramp diplomatiyası #Rusiya Qətər əməkdaşlığı #Qətər enerji siyasəti #Qətər maye təbii qaz #Qətər Livan dəstəyi #Qətər və HƏMAS vasitəçiliyi #Qətər İsrail münaqişəsi #Şanxay Təşkilatı Qətər #Qətərin geosiyasi rolu #Qətər Rusiya Ukrayna sülh danışıqları #Moskva Qətər danışıqları #Qətər Suriya barışıq təşəbbüsü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Riyadda süni intellekt və müasir xərçəng müalicəsi texnologiyaları müzakirə olunacaq

    10 Noyabr 2025 20:09

    Türkiyədən Qətərə hazır geyim ixracı 30 milyon dolları keçib (ÖZƏL)

    9 Noyabr 2025 12:00

    Səudiyyə, Qətər və BƏƏ regionun yeni mərkəzinə çevrilir

    7 Noyabr 2025 10:03

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    7 Noyabr 2025 04:00

    “QatarEnergy” Surinamda fəaliyyətini genişləndirir – iki yeni kəşfiyyat və hasilat sazişi imzalandı

    6 Noyabr 2025 10:54

    Şeyxa Moza BMT Baş katibinin müavini ilə görüşüb

    6 Noyabr 2025 10:49

    ABŞ-ın Qəzza ilə bağlı BMT qətnamə layihəsinə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ dəstək verib

    6 Noyabr 2025 09:38

    Baş nazirin müavini Dohada BMT-nin İkinci Dünya Sosial Sammitində iştirak edir

    4 Noyabr 2025 21:20

    İstanbulda Qəzza zirvə görüşü başa çatıb

    3 Noyabr 2025 20:25

    Qətərdə U17 dünya kuboku start götürüb

    3 Noyabr 2025 16:57

    Türkiyənin təşəbbüsü ilə Qəzza üzrə beynəlxalq toplantı başlayıb

    3 Noyabr 2025 16:19

    Fələstin maraqlarının irəli aparılması üçün vahid rəhbərlik zəruridir - Qətər

    3 Noyabr 2025 12:20
    Demo
    XƏBƏR LENTİ

    Oğuzun unudulan tarixi irsi – Surxayxan qalaları

    Ərhürman ilk xarici səfərini Türkiyəyə edəcək

    Riyadda süni intellekt və müasir xərçəng müalicəsi texnologiyaları müzakirə olunacaq

    Ankara Sudana dəstək imkanlarını müzakirə edir - Ərdoğan

    ABŞ Qəzzada atəşkəsin davamı üçün Qüdsə nümayəndə göndərib

    Muxtar Babayev COP30-da iqlim maliyyələşməsi sahəsində öhdəliklərin yerinə yetirilməsinə çağırış edib

    "Qəbələ" və "Kəpəz" Rusiya klubunun futbolçusu ilə maraqlanır

    Bakı–Qazax yolunda sıxlıq aradan qaldırılıb, tədbirlər davam edir

    ABŞ Sakit okeanın şərqində iki gəmiyə zərbə endirib

    Napoli baş məşqçisi ilə yollarını ayıra bilər

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.