BAKI,AzerVoice
Görüşdə Rusiya heyətinə Vaşinqtondakı səfiri Aleksandr Darçiyev, ABŞ heyətinə isə ABŞ Dövlət Departamentinin Rusiya və Orta Avropa üzrə müavini Sonata Kolter rəhbərlik edir.
AzerVoice xəbər verir ki, görüş zamanı əsas mövzulardan biri ABŞ və Rusiya arasında diplomatik missiyaların tam fəaliyyətə başlaması olacaq.
ABŞ Dövlət Departamentinin sözçüsü Tami Brus, İstanbulda keçirilən bu ikinci görüşün yalnız səfirlik əməliyyatlarına fokuslanacağını bildirib. O, Ukraynanın təhlükəsizliyi və ya başqa siyasi və təhlükəsizlik mövzularının gündəmdə olmayacağını xüsusi vurğulayıb.
Qeyd edək ki, ABŞ və Rusiya nümayəndə heyətləri ilk dəfə 18 fevralda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüşüb. Həmin görüşdə ikitərəfli münasibətlərin yenidən qurulması və Ukraynadakı müharibəyə son verilməsi kimi məsələlər müzakirə olunub.
İstanbulda baş tutan ilk görüş isə 27 fevral tarixində ABŞ-ın İstanbul Baş Konsulluğu rezidensiyasında keçirilmiş və Arnavutköydə təxminən 6,5 saat davam edib.