Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Qərbi Azərbaycan İcması Kamala Harrisi etnik və ya dini mənsubiyyətə əsaslanan ayrı-seçkiliyə yol verməməyə çağırıb

    25 Sentyabr 2024 03:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice

    Qərbi Azərbaycan İcması ABŞ-nin vitse-prezidenti Kamala Harrisi qayıdış hüququ məsələsində etnik və ya dini mənsubiyyətə əsaslanan ayrı-seçkiliyə yol verməməyə çağırıb.

    AzerVoice xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir.

    "ABŞ-nin vitse-prezidenti Kamala Harris, prezidentliyə namizəd qismində, Amerikanın erməni icmasına ünvanlandığı müraciətdə “Dağlıq Qarabağ”dan olan ermənilərin qayıtmaq hüququna istinad edib.

    İlk növbədə, qeyd edək ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı bölgə yoxdur. Separatçılıq və işğalla assosiasiya olunan bu terminin işlədilməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir.

    Bundan əlavə, ABŞ vitse-prezidentinin qayıdış hüququna yalnız etnik ermənilər üçün istinad etməsi ayrı-seçkilik xarakteri daşıyır. Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququ ədalətin və davamlı sülhün bərqərar olunması üçün zəruri şərtdir. Vitse-prezidentin Qərbi azərbaycanlıların qayıdış hüququnu görməzdən gəlməsi sülhə kömək etmir və yanlışdır.

    Biz vitse-prezident Harrisə müraciət edərək, onu Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq hüququna hörmət etməyə və qayıdış hüququ məsələsində etnik və ya dini mənsubiyyətə əsaslanan ayrı-seçkiliyə yol verməməyə çağırırıq", - deyə, bəyanatda bildirilib.

    #Qərbi Azərbaycan İcması #Kamala Harris
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qərbi Azərbaycan İcması ilə İrəvan Qazılığı arasında görüş keçirilib

    11 Dekabr 2025 09:09

    Qərbi Azərbaycan İcmasının 2026-cı il hədəfləri müzakirə ediləcək

    10 Dekabr 2025 17:32

    Bakıda “Mədəni irs və qayıdış hüququ” mövzusunda beynəlxalq konfrans keçirilir

    5 Dekabr 2025 09:46

    Qubada Qərbi Azərbaycan İcması ilə Mediasiya Təşkilatı və Vətən Naminə İB arasında əməkdaşlıq memorandumu imzalanıb

    4 Dekabr 2025 19:32

    2028-ci il prezidentliyinə namizəd olma ehtimalım hələ var - Kamala Harris

    27 Oktyabr 2025 13:28

    Siyasət mənim qanımdadır - Kamala Harris

    26 Oktyabr 2025 10:20

    Trampın öldüyü barədə şayiələr... İnsanların bu qənaətə gəlməsinə səbəb olan əsas amillər

    4 Sentyabr 2025 12:32

    Qərbi Azərbaycana qayıdış ideyası tarixi ədalətin bərpasını hədəfləyən bir ideyadır - Əziz Ələkbərli

    25 İyun 2025 11:05

    İrəvan Qazılığının fəaliyyətinin bərpa edilməsi qərarını alqışlayırıq - İCMA

    24 May 2025 13:46

    ABŞ-da belə bir daxili parçalanma görməmişdik - Bayden

    16 Aprel 2025 10:39

    Qərbi Azərbaycan İcması bəyanat yayıb

    12 Aprel 2025 14:42

    Qərbi Azərbaycan İcması bəyanat yayıb

    26 Mart 2025 14:32
    Demo
    XƏBƏR LENTİ

    Qəzzanın bərpası üçün 70 milyard dollar tələb olunur

    Bakı Təşəbbüs Qrupu Belçika müstəmləkəçiliyinin qaranlıq səhifələrini araşdırır

    Hüquq Bələdçisi - Mədəni və dini müxtəliflik kontekstində mediasiya: dialoqdan anlaşmaya doğru

    Türkiyə limanları 376 mindən çox yük qəbul edib (ÖZƏL)

    Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısının cinayət əməlləri ifşa olunub - DTX

    Super Liqa 16-cı tur: Fənərbağça Konyasporu qəbul edir

    Çin nümayəndə heyəti Azərbaycana səfər edib

    Türkiyədən Qazaxıstana avtomobil ixracı 94 milyon dolları keçib (ÖZƏL)

    Türkiyə Sudanda BMT-nin logistika mərkəzinə edilən hücumu pisləyib

    Bu gün Ümumdünya Türk Dili Ailəsi günüdür

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.