Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Qərbi Azərbaycan İcması bəyanat yayıb

    12 Aprel 2025 14:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulosun"Alpha News" mətbuat orqanına verdiyi müsahibəsində Azərbaycana münasibətdə ifadə etdiyi irqi ayrı seçkilik, böhtan və qərəzlə dolu fikirlərini sərt şəkildə qınayır.

    T. Rusopulosun qaba, məsuliyyətsiz danışığı bir daha AŞPA-nın mənəvi iflasını göstərir.

    AŞPA regionda ən böyük insan hüquqları pozuntusu olan, bir milyondan çox azərbaycanlının Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmasına biganə qalmışdır. Qurum özünün anti-Azərbaycan mahiyyətini və Azərbaycan xalqına qarşı irqçi yanaşmasını Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etməsindən sonra açıq şəkildə ortaya qoymuşdur.

    Azərbaycanın Ermənistanın otuz illik işğala son qoymasına və beləliklə 700 mindən artıq azərbaycanlı məcburi köçkünün öz evlərinə qayıtması imkanı əldə etməsinə "kədərlənən", Ermənistandan qovulmuş yüz minlərdə azərbaycanlının qayıdış hüququna faktiki olaraq qarşı çıxan Rusopulos kimi irqçilərin AŞPA-da təmsil olunmaları insan hüquqları anlayışına təhqirdir.

    Hazırda mövcud olan gərgin qlobal geosiyasi vəziyyətdə T.Rusopulos və onun düşüncəsində olanlara elə gəlir ki, dünya yalnız AŞPA-nın zalından ibarətdir, məsuliyyətsiz, boğazdan yuxarı danışır və "müstəsnalıqları"na inanırlar.

    Qərbi Azərbaycan İcması Avropa ictimaiyyətinə və sağlam düşüncəli siyasi qüvvələrə müraciət edərək, Avropa qitəsində qarşıdurma, irqçilik yayan və kimə xidmət etdikləri bəlli olmayan bu ünsürlərə qarşı mübarizə aparmağa çağırır.

    #Qərbi Azərbaycan İcması #AŞPA #Azərbaycan-Ermənistan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Gürcüstan tarif məsələsini həll etdi, Ermənistan üçün neft məhsulları tranziti davam edəcək - Nazir

    26 Dekabr 2025 16:55

    2026-cı ildə Azərbaycanın xarici siyasət prioritetləri ardıcıl şəkildə davam etdiriləcək - Nazir

    26 Dekabr 2025 15:55

    İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası istifadəyə verilib

    24 Dekabr 2025 21:05

    Qərbi Azərbaycan İcmasının Ümumi Yığıncağı keçirilib

    20 Dekabr 2025 14:12

    Azərbaycandan Ermənistana 22 vaqon Aİ-95 markalı benzin yola salınıb

    18 Dekabr 2025 15:27

    Sahibə Qafarova Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamələrini qərəzli adlandırıb

    17 Dekabr 2025 16:00

    Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır - Ərdoğan

    16 Dekabr 2025 16:40

    Paşinyan Prezident İlham Əliyevə təşəkkür edib

    11 Dekabr 2025 20:32

    Qərbi Azərbaycan İcması ilə İrəvan Qazılığı arasında görüş keçirilib

    11 Dekabr 2025 09:09

    Qərbi Azərbaycan İcmasının 2026-cı il hədəfləri müzakirə ediləcək

    10 Dekabr 2025 17:32

    Bakıda “Mədəni irs və qayıdış hüququ” mövzusunda beynəlxalq konfrans keçirilir

    5 Dekabr 2025 09:46

    Qubada Qərbi Azərbaycan İcması ilə Mediasiya Təşkilatı və Vətən Naminə İB arasında əməkdaşlıq memorandumu imzalanıb

    4 Dekabr 2025 19:32
    Demo
    XƏBƏR LENTİ

    Tarif qraşıdurması fonunda Çinin 2025 xarici siyasəti necə formalaşdı?

    Bu gün Rasputin öldürüldü

    Tarixdə bu gün – 30 Dekabr

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan bayram şənliyində iştirak ediblə

    Prezident İlham Əliyev "Bakı Ağ Şəhər"ə ziyarətinə dair videoçarx paylaşıb

    Tramp Netanyahu ilə görüş ərəfəsində İranla bağlı bəyanat verib

    Somali Prezidenti İsrailin Somalilandı tanımasından sonra Türkiyəyə səfər edəcək

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də olublar

    Noam Çomskinin Ceffri Epşteynlə birgə görüntüləri geniş müzakirələrə səbəb olub

    Ukrayna Putinin Novqoroddakı iqamətgahına dronlarla hücum edib - Rusiya

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.