Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    İHH yüz minlərlə Qəzzalıya humanitar yardım çatdırıb

    12 Sentyabr 2024 20:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    İHH Humanitar Yardım Vəqfi İsrailin hücumları altında olan Qəzzaya yardım işlərinə davam edir.

    AzerVoice ArabAZ-a istinadən xəbər verir ki, oktyabrın 7-dən bu yana yüz minlərlə insana qida, sığınacaq, gigiyena və sağlamlıq sahələrində dəstək verən fond 10 milyon 135 min isti yemək, 9 milyon 385 min çörək və 176 min ərzaq bağlaması paylayıb.

    İHH-nin qurduğu səyyar mətbəxlərdə hər gün 35 minə yaxın qəzzalıya isti yemək paylanır.

    Qəzzaya qarşı son hücumların başladığı 7 oktyabrdan bəri İHH şəhərdə, 10 milyon 135 min 504 ədəd isti yemək, 2 min 59 tanker içməli su, 176 min 832 ədəd ərzaq bağlaması, 9 milyon 385 min 902 ədəd çörək, 1 milyon 169 min 368 ədəd müxtəlif qida məhsulları (konservlər, makaron, hazır paketlər və s.), 44 min 33 adyal, 747 min 855 bağlama lipid əsaslı qida əlavələri, 57 min 610 xalça, 20 min 236 paltar, 105 min 568 gigiyena bağlaması və 129 min 789 kisə un paylanıb.

    Məlumat üçün qeyd edək ki, İHH Qəzzaya çatdırılmaq üçün 12 təcili yardım maşını da alıb. Bütün təcili yardım maşınları AFAD vasitəsilə Qəzzaya çatdırılıb.

    Fond 2 min 44 çadır, 1300 ilk yardım çantası, 63 min 743 xəstə və uşaq bezi, 10 min 80 bağlama uşaq qidası, 11 min 311 ailəyə tərəvəz paylanması, 10 min 168 bağlama xurma, 340 tibbi məhsul və 485 litr yanacaq yardımı göstərib.

    Qəzzalılara dəstək olmaq istəyən donorlar İHH Humanitar Yardım Vəqfinin internet saytında onlayn ianə yolu ilə və ya fondun bank hesab nömrələrinin təsvir hissəsində GAZZE yazaraq istədikləri məbləği verə bilərlər.

    Hafiz Rufizoğlu

    Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

    #Türkiyə #Qəzza #İsrail #Fələstin #İHH
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kahramanmaraşda baş vermiş zəlzələdən üç il keçir

    6 Fevral 2026 00:00

    Zəngəzur dəhlizi yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək – Ceyhun Bayramov

    5 Fevral 2026 13:54

    Azərbaycan və İsrail elm sahəsində tərəfdaşlığını gücləndirir

    4 Fevral 2026 15:29

    Türkiyənin Alagöz Holdinq Şirkətlər Qrupu Azərbaycana sərmayə qoyuluşunda maraqlıdır

    4 Fevral 2026 14:02

    Rəfah sərhəd məntəqəsi vasitəsilə xəstələrin təxliyəsi dayandırılıb

    4 Fevral 2026 13:01

    Fənərbaxça prezidenti Kante transferinə görə Ərdoğana təşəkkür edib

    4 Fevral 2026 11:54

    Ərdoğan Misirə səfər edəcək

    4 Fevral 2026 11:03

    Türkiyə Ordusunun hərbi qulluqçusu şəhid olub

    4 Fevral 2026 10:58

    İsrail ordusunun Qəzzaya artilleriya hücumları nəticəsində biri uşaq olmaqla 9 fələstinli həlak olub

    4 Fevral 2026 10:31

    Türkiyədə kibertəhlükəsizlik əməliyyatları - 60-a yaxın şübhəli saxlanılıb

    4 Fevral 2026 09:20

    Türkiyə və Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsinin 30 milyard dollara çatdırılması planlaşdırılır

    3 Fevral 2026 17:26

    Türkiyə zəlzələ bölgələrində bərpa işlərini beynəlxalq mediaya təqdim edir

    3 Fevral 2026 15:38
    Demo
    XƏBƏR LENTİ

    Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

    6 Fevral: "Əsrin Fəlakəti"nin İldönümü, Kraliçanın Taxta Çıxışı və Kosmosa Uçan Tesla - Tam Xronika

    Kahramanmaraşda baş vermiş zəlzələdən üç il keçir

    Nazirliyin Aparatının rəhbəri Fuad Musayev Ağdaş rayonunda vətəndaşları qəbul edib

    BMT-də Azərbaycanın sülh təşəbbüsləri və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub

    Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan həqiqətən yaxşı liderlərdir - Tramp

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib

    Danışıqlara raket proqramı və uranın zənginləşdirilməsi daxil deyil - İran

    Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub

    İran Fars körfəzində iki xarici neft tankerini saxlayıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.