Bakı,AzerVoice
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin sözçüsü Jens Laerke bildirib ki, İsrail Birləşmiş Millətlər Təşkilatının Qəzza zolağında Rəfah keçidinə daxil olmasına mane olub. AzerVoice xəbər verir ki, Laerke Cenevrədə keçirdiyi müntəzəm mətbuat konfransında BMT-nin humanitar əməliyyatlar üçün ayrılmış yanacaq ehtiyatının mühasirədə olan Qəzza zolağında yalnız bir gün üçün kifayət etdiyini təsdiqləyib.
O qeyd edib ki, COGAT ofisi (İsrail hökumətinin Fələstin ərazilərində fəaliyyətini koordinasiya edən ofis) humanitar yardımın əsas keçid məntəqəsi olan bu əraziyə daxil olmağımıza icazə vermir.
“Bizə dedilər ki, hazırda işçilərə və mallara giriş-çıxış qadağandır. Qəzzaya yanacaq yalnız Rəfahdan daxil olur və Qəzzada bütün humanitar əməliyyat üçün nəzərdə tutulub.Hazırda Qəzzaya yardım aparmaq üçün iki əsas marşrutun bağlanıb”-deyə o bildirib.
İsrail ordusu bu gün səhər saatlarında "Misirlə sərhəddə yerləşən Rəfah keçidinin Fələstin tərəfini operativ şəkildə nəzarətə götürdüyünü" açıqlayıb və əlavə edib ki, "xüsusi qüvvələr bölgəni təmizləyir".