Misir Ərəb Respublikasında işgüzar səfərdə olan Azərbaycan
Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə
heyəti dekabrın 19-da Qalyubiyyə vilayətinin əl-Qanatır əl-Xeyriyyə
şəhərində yerləşən Misir-Azərbaycan Dostluq Parkında olub.
Bu barədə AzerVoice-ə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Mətbuat xidmətindən bildirilib.
Ə.Əsədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin
parkdakı abidəsi önünə əklil qoyub.
Baş nazir Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və
respublikamızın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan
Poluxov Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad
etdilər.