Bakı. AzerVoice:
İsrail Qətər və Misir vasitəçiləri vasitəsilə radikal HƏMAS hərəkatına bütün girovların azad edilməsi şərti ilə Qəzza zolağında hərbi əməliyyatları iki ay müddətinə dayandırmağı təklif edib.
AzerVoice xəbər verir ki, bu barədə Axios internet portalı məlumat yayıb.
Onun İsraildəki rəsmi mənbələrinə görə, bu, "Qəzzada saxlanılan bütün girovların azad edilməsini ehtiva edən çoxmərhələli razılaşmadır". Qeyd edək ki, dünən İsrail HƏMAS-ın müvəqqətia atəşkəs təklifini rədd etmişdi.
Məlumat üçün bidirək ki, yanvarın 14-də Təl-Əvivdə 120 minə yaxın insan oktyabrın 7-də fələstinlilər tərəfindən əsir götürülən və Qəzza zolağında saxlanılan bütün girovların azad edilməsi çağırışı ilə nümayiş keçirib.
Həmçinin Təl-Əvivin mərkəzində İsraildə yeni seçkilərin keçirilməsi tələbi ilə etiraz aksiyası keçirilib.