Əsas səhifə » Arıqlama çayları orqan zədələnməsinə və ölümlərə səbəb ola bilər

Arıqlama çayları orqan zədələnməsinə və ölümlərə səbəb ola bilər

BAKI, AzerVoice

Mütəxəssislər xəbərdarlıq edir- Arıqlama çayları orqan zədələnməsinə və ölümlərə səbəb ola bilər

Yay mövsümündə insanların tez arıqlamaq istəyindən sui-istifadə edən bəzi firmalar tərəfindən təklif edilən arıqlama çaylarının ciddi sağlamlıq riski yaratdığı açıqlanıb.

Bütün Əczaçılar İşəgötürənlər Birliyinin baş prezidenti Nurten Saydanın sözlərinə görə, bu çaylar tərkibindəki mindən çox aktiv maddə ilə orqanizmi zəhərləyə bilər.
“Bu məhsulların nəzarətsiz şəkildə bazara çıxarılması infarkt, insult, qaraciyər və böyrək çatışmazlığına, hətta orqan itkisinə gətirib çıxara bilər” - deyə o qeyd edib.

Ən riskli nümunələrdən biri isə senna yarpağı çayıdır. Qəbizlik üçün istifadə edilən bu bitki, 3 həftədən çox qəbul edildikdə bağırsaqlarda daimi zədələnmələrə, uzun müddətdə isə şiş inkişafına səbəb ola bilər. Mütəxəssislər bu çayın bağırsaqlarda xroniki tənbəllik yaratdığına da diqqət çəkirlər.

Bu məhsulların çoxu internet və qeyri-rəsmi satış platformalarında asanlıqla əldə oluna bilir. Heç bir əczaçı və ya həkim nəzarəti olmadan istifadəsi isə həyat üçün təhlükə yaradır.

Qeyd edək ki, yay fəslinin başlanması ilə reklamların təsiri altında bu çaylara tələbat artır. Mütəxəssislər sağlam arıqlama üsulu kimi balanslı qidalanma və fiziki aktivliyi tövsiyə edirlər.

Digər Kateqoriyalar

2025 © Azervoice