Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Maraqlı

    Dubay şokoladı püstə böhranı yaradır

    27 Aprel 2025 16:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Dubay şokoladı qlobal qıtlıq, bahalaşma və istehsalda böhran yaradıb.

    AzerVoice xəbər verir ki, BƏƏ-də yaradılan və sosial şəbəkələrdə viral hala gələn məşhur “Dubay şokoladı” dünyada püstəyə olan tələbi rekord həddə çatdırıb.

    Bu isə qlobal miqyasda püstə qıtlığına, qiymətlərin artmasına və istehsalçılar üçün ciddi çağırışlara səbəb olub.

    2021-ci ildə Dubayda “Fix” şirkətinin təqdim etdiyi və püstə kremi, kadaif, südlü şokoladla hazırlanmış bu şirniyyat 2023-cü ilin dekabrında TikTok-da 120 milyon dəfə izlənərək beynəlxalq çılğınlığa çevrilib.

    Qida sahəsində ixtisaslaşmış “CG Hacking” şirkətinin nümayəndəsi Giles Hacking bildirib ki, bu tendensiya püstə qiymətlərini 7,65 dollardan 10,30 dollara qədər yüksəldib. “Hazırda bazarda ciddi tədarük çatışmazlığı var. İstehlakçılar əllərinə keçən hər püstəni alır” - deyə o bildirib.

    ABŞ və İran kimi əsas püstə ixracatçıları belə bu tələbatı ödəməkdə çətinlik çəkirlər. İranın BƏƏ-yə püstə ixracı bir il ərzində 40 faiz artıb. İran Püstə Assosiasiyasının üzvü Behrouz Ağa isə 2023-cü ildən etibarən tədarükün tələbatdan geri qaldığını və bunun qiymətləri rekord səviyyəyə qaldırdığını bildirib.

    Bu fonda Kaliforniyada bəzi fermerlər badam bağlarını püstə ağacları ilə əvəzləməyə başlayıblar. Lakin yeni ağaclar 2025-ci ilin məhsul dövrünə qədər nəticə verməyəcək.

    Qeyd edək ki, bu böhran artıq şokolad sənayesini də vura biləcək miqyas alıb. Kakaoda da çatışmazlıq olduğu üçün bir çox istehsalçılar kiçik ölçülü şokolad çubuqlarına və minimum kakao istifadə edən reseptlərə keçiblər. Dubay şokoladının orijinal istehsalçısı “Fix” şirkəti isə məhsullarını yalnız BƏƏ daxilində və gündə cəmi iki saat satışa çıxarır.

    #Dubay #şokolad #Dubay şokoladı #püstə qıtlığı #viral şirniyyat #püstə qiymətləri artımı #püstə ixracı #kakao böhran
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

    8 Noyabr 2025 12:44

    Yoga Dubayda yeni həyat tərzinə çevrilir

    8 Noyabr 2025 12:15

    Alimlər şokoladın dad reseptini açıqlayıb - əsas amil fermentasiya ilə bağlıdır

    23 Avqust 2025 13:00

    Qripə qarşı yeni silah – şokolad əsaslı dərman

    17 Avqust 2025 18:00

    Andrea Pirlo BƏƏ klubuna baş məşqçi təyin olundu

    25 İyul 2025 17:47

    Dubayda dəbdəbəli göydələndə baş verən yanğında minlərlə insan təxliyə edilib

    14 İyun 2025 17:22

    BƏƏ sakinlərinə ChatGPT Plus abunəliyi pulsuz təqdim edəcək

    31 May 2025 17:00

    Datamatix 31-ci İnsan Resursları Sammiti Dubayda keçiriləcək

    22 Aprel 2025 15:00

    Nazir Şimşek Dubayda investorlarla görüş keçirəcək

    11 Fevral 2025 13:10

    Dubay vəliəhdi ölkənin müdafiə naziri oldu

    15 İyul 2024 17:31

    Dubay süni intellektdə yeni mərhələyə keçir

    1 May 2024 09:30

    Dubay səhrada dünyanın ən böyük hava limanını tikməyə hazırlaşır

    29 Fevral 2024 14:52
    Demo
    XƏBƏR LENTİ

    Ərdoğan Bakıda sabiq Ankara polis rəisi Servet Yılmazla görüşüb

    Türkiyəyə səfər edən Qırğızıstan turistlərinin sayı 150 mini keçib (ÖZƏL)

    Azərbaycanın iki cüdoçusu finala yüksəlib - İslamiada (FOTO)

    Azərbaycan regionda sülhün memarı kimi ön plana çıxacaq - Ərdoğan

    Ermənistanla normallaşma prosesi Azərbaycanla sinxron şəkildə həyata keçirilir - Türkiyə Prezidenti

    Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı 88 milyon dolları keçib (ÖZƏL)

    “AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib

    Fatihin ən çox çəkindiyi hökmdar kim idi?

    Türkiyədən Suriyaya dəri ixracı 3 milyon dolları keçib (ÖZƏL)

    XVI-XVII əsr dövlətlərində kəşfiyyatla bağlı maraqlı məlumatlar

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.