Quranın 43-cü surəsi olan Zuxruf surəsi 89 ayədən ibarətdir. Məkkə dövründə nazil olub. Surənin adı 35-ci ayədəki “qızıl”, “ləl- cəvahir” mənasındakı “zuxruf” sözündən alınmışdır. Surədə Allahın varlığı, axirət həyatı və peyğəmbərlikdən bəhs edilmişdir. Həzrət İbrahim başda olmaqla, bəzi peyğəmbərlərin həyatlarından nümunələr gətirilmişdir.