Əsas səhifə » Ağdərədə mina partladı - Xəsarət alan var

Ağdərədə mina partladı - Xəsarət alan var

Ağdərə. AzerVoice

Ağdərədə mina partlayışı olub.

AzerVoice-in əldə etdiyi ilkin məlumata görə, hadisə Ağdərə rayonu ərazisində qeydə alınıb.

Belə ki, Şıxarx qəsəbə sakini Quliyev Qulu Tufan oğlu mina partlaması nəticəsində xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşlarının cəlb olunduğu bildirilir.

Digər Kateqoriyalar

2025 © Azervoice