Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Energetika

    Naxçıvanın enerji sistemində yeni mərhələ: bir ildə nələr dəyişib?

    22 Noyabr 2025 10:37
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Bir il əvvəl – 2024-cü il 23 noyabr tarixində Prezident İlham Əliyevin 235 nömrəli Fərmanına əsasən, Naxçıvan Dövlət Energetika Xidmətinin enerjinin istehsalı və ötürülməsi funksiyaları “Azərenerji” ASC-yə həvalə edilib.

    AzerVoice "Azərenerji" ASC-yə istinadən xəbər verir ki, Fərmanın icrası məqsədilə ötən bir il ərzində Naxçıvan Muxtar Respublikasında enerji sisteminin yenilənməsi və müasirləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib. Cəmiyyətin balansında “Naxçıvan Enerji” MMC yaradılıb, yeni struktur formalaşdırılıb və 400-dən çox yerli mütəxəssis işlə təmin olunub.

    Bununla yanaşı, “Azərenerji” ASC tərəfindən “Naxçıvan Muxtar Respublikasının Elektroenergetika Strategiyası” əsasında “2025–2027-ci illər üzrə Reabilitasiya və Yenidənqurma Tədbirləri” hazırlanıb. Strategiyanın icrası çərçivəsində Naxçıvan Muxtar Respublikasının enerji təchizatında mühüm rol oynayan bir neçə yarımstansiyanın yenidən qurulmasına başlanılıb. Hazırda 110 kV-luq “Naxçıvan”, 154/110/10 kV-luq “Babək” və 110/35/10 kV-luq “Çeşməbasar” yarımstansiyalarında tikinti işləri müasir mühəndislik həlləri və beynəlxalq təhlükəsizlik standartlarına uyğun olaraq aparılır. Qeyd edək ki, 110/35/10 kV-luq “Naxçıvan” yarımstansiyası muxtar respublikanın ilk qapalı tipli yarımstansiyası olacaq ki, bu da enerji infrastrukturunun təhlükəsizliyini və idarəolunma səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq. Eyni zamanda, 132/110/35/10 kV-luq “Yeni Culfa” yarımstansiyasında istismara hazırlıq işləri yekun mərhələdədir.

    Enerji idarəetməsinin rəqəmsallaşdırılması sahəsində də mühüm addımlar atılır. “Naxçıvan Enerji” MMC-nin inzibati binası, Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzinin tikintisi sürətlə davam etdirilir. Layihə çərçivəsində beton işlərinin böyük hissəsi artıq tamamlanıb, dəmir-armatur örtüklərinin montajı aparılır. Tikinti qrafikinə uyğun olaraq beton işlərinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.

    Bununla paralel olaraq, ötürücü şəbəkənin tam modernləşdirilməsi istiqamətində genişmiqyaslı yenilənmə işləri həyata keçirilir. Ötən əsrin 50-ci illərində inşa edilmiş və istismar üçün yararsız vəziyyətə düşmüş hava elektrik xətlərinin mərhələli şəkildə yenidən qurulması davam edir. İlk mərhələdə ümumi uzunluğu 69 km olan ikidövrəli 110 kV-luq “Culfa”, “Ordubad-1” və “Ordubad-2” xətlərinin yeni infrastrukturu tikilir. Culfa və Ordubad istiqamətlərində köhnə dayaqlar müasir anker və aralıq dayaqları ilə əvəzlənir, basdırılmış dayaqlar üzərində hava elektrik verilişi xətlərinin çəkilişi və izolyasiya-mühafizə sistemlərinin quraşdırılması intensiv şəkildə aparılır.

    Bu layihələr təkcə enerji infrastrukturunun yenilənməsi ilə məhdudlaşmır, həm də regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Tikinti meydançalarında 200-ə yaxın yerli sakin işlə təmin olunub, yüzlərlə mühəndis, texniki işçi, nəzarət və logistika mütəxəssisi prosesə cəlb edilib. Bu isə həm müvəqqəti, həm də daimi iş yerlərinin açılması ilə Naxçıvan əhalisinin məşğulluq imkanlarını genişləndirib.

    Enerji təhlükəsizliyinin yüksəldilməsi istiqamətində daha böyük layihələr də nəzərdə tutulur. “Azərenerji” ASC yaxın illərdə Naxçıvanda 400/330/110/35/10 kV-luq “Çevirici” yarımstansiyanın tikintisini planlaşdırır. Bu yarımstansiya vasitəsilə Naxçıvandan Türkiyəyə ikidövrəli 400 kV-luq elektrik verilişi xəttinin çəkilməsi, Azərbaycan–Türkiyə–Avropa enerji qovşağının yaradılması və Cəbrayıl–Naxçıvan–Ağrı xətti üzərindən Avropa enerji bazarlarına birbaşa çıxış imkanlarının formalaşdırılması nəzərdə tutulur. Həmçinin Ordubad rayonundan Türkiyə sərhədinə qədər 100 km hissədə 330 kV-luq “Cəbrayıl–Naxçıvan” və 67 km hissədə 400 kV-luq “Naxçıvan–Türkiyə” xətlərinin trassasının topoqrafik plana alınması üçün mühəndis geoloji və geodeziya işləri həyata keçirilib.

    Bununla yanaşı, 110 kV-luq “Naxçıvan-1”,“Naxçıvan-2”, “Naxçıvan-3”,“Sementzavod-2” hava xətlərinin yaşayış məntəqələrindən keçən 5,2 km-lik hissəsi yeraltı kabel xətləri ilə əvəzlənəcək ki, bu da təhlükəsizliyi artırmaqla yanaşı, şəhər mühitində infrastrukturun daha səliqəli və dayanıqlı olmasına imkan verəcək.

    Muxtar Respublikanın “Yaşıl enerji” zonası elan olunması Naxçıvanda aparılan enerji layihələrinə yeni strateji məzmun qazandırır. Bərpa olunan enerji mənbələrindən səmərəli istifadə regionun enerji balansında mühüm rol oynayır. Hazırda “Azərenerji” ASC-nin tərkibində fəaliyyət göstərən “Naxçıvan Enerji” MMC-nin istismar sahəsində beş su elektrik stansiyası, üç günəş elektrik stansiyası, bir külək elektrik stansiyası və bir hibrid – Külək–Günəş Elektrik Stansiyası mövcuddur. Bu infrastrukturun fəaliyyəti nəticəsində muxtar respublikada istehsal olunan elektrik enerjisinin təxminən 50 faizi “yaşıl enerji”nin payına düşür.

    “Azərenerji” tərəfindən Naxçıvanda həyata keçirilən yenidənqurma və modernləşdirmə layihələri təkcə mövcud enerji infrastrukturunu gücləndirmir, həm də muxtar respublikanın gələcək inkişaf trayektoriyasını müəyyənləşdirir. Bütün bunlar Prezident İlham Əliyevin müvafiq Fərmanının icrasının real nəticələrinin artıq aydın şəkildə hiss olunduğunu və Naxçıvanın enerji sektorunun keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir.

    #Prezident İlham Əliyev #Naxçıvan #Yaşıl Enerji #Naxçıvan Enerji #Naxçıvan Dövlət Energetika Xidməti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan və Vyetnam arasında təhlükəsizlik sahəsində əməkdaşlıq Sazişi təsdiq edilib

    21 Noyabr 2025 16:51

    Prezident İlham Əliyev DTX-nin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması barədə Fərman imzalayıb

    21 Noyabr 2025 16:27

    Tokayev Prezident İlham Əliyevə Ermənistana tanzit yükdaşımalarına qoyulan məhdudiyyətin aradan qaldırılması qərarına görə təşəkkür edib

    21 Noyabr 2025 14:40

    Milli Məclis YAP-ın 33-cü ildönümü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

    21 Noyabr 2025 13:25

    Prezident İlham Əliyev ədliyyə orqanları işçilərini təltif edib

    21 Noyabr 2025 12:16

    Prezident İlham Əliyev: Biz regional əməkdaşlıq vasitəsilə ortaq informasiya platformalarının yaradılmasını dəstəkləyirik

    21 Noyabr 2025 10:48

    Prezident İlham Əliyev: Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır

    21 Noyabr 2025 10:47

    Prezident İlham Əliyev: Qlobal böhranlar və çətinliklər dövründə ölkələrimizin media sahəsində həmrəyliyi olduqca vacibdir

    21 Noyabr 2025 10:45

    Prezident İlham Əliyev “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

    21 Noyabr 2025 10:44

    Prezident İlham Əliyev: Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən təsisatın inkişafı ilə bağlı səylər göstərir

    21 Noyabr 2025 10:32

    Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırış və hərbi qulluqçuların ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb

    20 Noyabr 2025 16:26

    Türk Dövlətləri Təşkilatı çərçivəsində hüquq və ədliyyə əməkdaşlığını gücləndirməyi hədəfləyirik - Tunc

    20 Noyabr 2025 15:19
    Demo
    XƏBƏR LENTİ

    Ukraynaya daha çox silah verməklə onun qələbə qazanacağını düşünənlər var - ABŞ vitse-prezidenti

    İran Livanla əlaqələri inkişaf etdirmək üçün danışıqlara hazırdır - Ərəqçi

    Şair Arif Buzovnalı vəfat edib

    Naxçıvanın enerji sistemində yeni mərhələ: bir ildə nələr dəyişib?

    Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib

    Trampın Ukrayna ilə bağlı sülh təklifi Aİ-nin planlarına ziddir

    Yanğında tüstüdən zəhərlənənlərin son vəziyyəti açıqlandı

    Azərbaycanın qiymətli metallar bazarının həftəlik İCMALI

    Vens Ukraynada sülh prosesində sanksiyaların rolunu şərh edib

    İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən neçə şəxsin məşğulluğu təmin edilib?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.