Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İqtisadiyyat

    Türkiyə limanları ilə 62 milyon tondan çox neft məhsulları daşınıb (ÖZƏL)

    26 Sentyabr 2025 09:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Bu ilin yanvar- avqust ayında Türkiyə limanlarından 62 milyon 506 min 229 ton neft məhsulları daşınıb.

    Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 4 milyon 72 min 417 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 58 milyon 433 min 812 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

    “Bu ilin yanvar- avqust ayında Türkiyə limanlarından tranzit olaraq neft məhsulları 21 milyon 447 min 130 ton yük daşınıb”- deyə nazirlikdən bildiriblər.

    Qeyd edək ki, 2025-ci ilin avqust ayında Türkiyə limanları 32 milyon 615 min 444 ton yük qəbul edib.

    Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 320 min 285 ton təşkil edib.

    “Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 295 min 159 ton olub”, – deyə nazirlikdən bildirilib.

    Məlumatda bildirilib ki, 2025-ci ilin avqust ayında Türkiyə limanlarından 5 milyon 347 min 786 ton transit yük daşınıb.

    Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- avqust aylarında Türkiyə limanları 276 milyon 396 min 327 ton yük qəbul edib.

    "Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 19 milyon 301 min 51 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 257 milyon 95 min 176 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

    Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- avqust aylarında Türkiyə limanlarından 40 milyon 136 min 247 ton transit yük daşınıb.

    Qeyd edək ki, bu ilin avqust ayında Türkiyə limanları 6 min 15 gəmi qəbul edib.

    Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 303 Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 712 olub.

    2025-ci ilin yanvar - avqust ayında Türkiyə limanları 41 min 818 gəmi qəbul edib.

    “Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 14 min 632, Türkiyə bayrağı altında olan gəmilər isə 27 min 186 olub”, - deyə nazirlikdən bildirilib.

    #neft #Türkiyə limanları #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #yük daşıma #neft məhsulları #neft ixracı #Türkiyə neft tranziti #Türkiyə yük daşımaları #Beynəlxalq yük daşımaları #Türkiyə liman tranziti #Türkiyə limanları yükləmə #Türkiyə limanlarının yük qəbulu 2025 #2025 Türkiyə limanlarına daxil olan gəmi sayı #Türkiyə limanları və beynəlxalq gəmiçilik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyənin İskenderun limanı 3 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    14 Noyabr 2025 14:25

    Türkiyənin Aliağa limanı 59 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    14 Noyabr 2025 11:19

    Ankara Esenboğa hava limanında sərnişindaşıma 11 milyon nəfəri keçib (ÖZƏL)

    14 Noyabr 2025 09:56

    Türkiyənin Bodrum limanı 3 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    13 Noyabr 2025 14:29

    Türkiyənin İskenderun limanı 51 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    13 Noyabr 2025 10:35

    İstanbul hava limanında sərnişindaşıma 70 milyon nəfəri keçib (ÖZƏL)

    13 Noyabr 2025 09:29

    Sabiha Gökçen hava limanında sərnişindaşıma 40 milyon nəfəri keçib (ÖZƏL)

    12 Noyabr 2025 15:27

    Türkiyənin Aliağa limanı 5 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    12 Noyabr 2025 11:34

    Azərbaycandan Türkiyəyə qayıdan C130 təyyarəsi Gürcüstanda qəzaya uğrayıb - Türkiyə MN

    11 Noyabr 2025 16:48

    Oktyabr ayında Türkiyə limanları 34 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    11 Noyabr 2025 16:15

    Türkiyə limanları 53 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    11 Noyabr 2025 13:52

    “QatarEnergy” Surinamda fəaliyyətini genişləndirir – iki yeni kəşfiyyat və hasilat sazişi imzalandı

    6 Noyabr 2025 10:54
    Demo
    XƏBƏR LENTİ

    Qarabağdan Çelsi ilə görüşdə baş verənlərlə bağlı

    İndoneziya Qəzzada sülhməramlı əməliyyata 20 min əsgər hazırlayır

    Prezident İlham Əliyev ölkəmizin Ukraynadakı səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib

    Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib

    İraqlıların Türkiyədən daşınmaz əmlak alışı artıb (ÖZƏL)

    Energetika Nazirliyində Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə görüş keçirilib

    Rusiyanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb: nota verilib

    DVX-nin nümayəndə heyəti Xorvatiyada səfərdə olub

    Tramp Netanyahuya təzyiq göstərir

    Təhlükə potensiallı obyektlərlə əlaqədar Koordinasiya Komissiyasının tərkibi genişləndirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.