BAKI, AzerVoice, Nailə Babazadə
Keçən ilin noyabr ayında Türkiyənin Qaradəniz ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,4 faiz artaraq 3 milyard 470 milyon 320 min dollar olub.
Bu barədə AzerVoice - a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata əsasən keçən ilin yanvar – noyabr ayında, Türkiyənin Qaradəniz ölkələrinə ixracatı, 2024-cü ilin analoji dövri ilə müqayisədə 0,6 faiz artaraq, 36 milyard 547 milyon 944 min dollar olub.
“Keçən ilin noyabr ayında Türkiyənin Qaradəniz ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 15 faiz azalaraq 4 milyard 465 milyon 696 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.
Nazrilikdən bildiriblər ki, keçən ilin yanvar – noyabr aylarında Türkiyənin Qaradəniz ölkələrindən idxalı 2024-cü ilin analoji dövrü ilə müqayisədə 0,7 faiz azalaraq, 52 milyard 524 milyon 333 min dollar təşkil edib.
Qeyd edək ki, keçən ilin noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 53 milyard 54 milyon dollar olub.
Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin noyabr ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,3 faiz artaraq 22 milyard 536 milyon dollar, idxalı isə 2,6 faiz artaraq 30 milyon 518 min dollar olub.
“Keçən ilin yanvar – noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 2024-cü ilin eyni ayları ilə müqayisədə 576 milyard 928 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2025-cü ilin yanvar-noyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artaraq 247 milyard 23 milyon dollara, idxalı isə 5,7 faiz artaraq 329 milyard 698 milyon dollar olub.
Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.
2024-cü ildə Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.