Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İqtisadiyyat

    Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda ilk dəfə olaraq kütləvi təklif üsulu ilə manatda istiqraz yerləşdirib

    1 Oktyabr 2025 19:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Azərbaycanın kapital bazarı tarixində növbəti əlamətdar hadisə baş verib. Belə ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) kütləvi təklif üsulu ilə Azərbaycan manatında daxili bazarda ilk dəfə istiqraz yerləşdirib. Yerli kapital bazarında buraxılan ilk dəyişkən faizli bu istiqrazların kupon faiz dərəcəsi Azərbaycan Respublikasının Mərkəzi Bankının AZİR indeksi (Banklararası Təminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) əsasında müəyyən edilir. AZİR indeksinin etibarlı istinad faizi kimi istiqraz buraxılışında istifadəsi gələcəkdə daha mürəkkəb maliyyə alətlərinin tətbiqi üçün mühüm zəmin yaradacaqdır.

    AzerVoice xəbər verir ki, ümumi məbləği 50 milyon manat və tədavül müddəti 1 il olan istiqrazların yerləşdirməsi bu gün baş tutub. Yerləşdirmə zamanı 12 investor tərəfindən təqdim edilmiş müştəri sifarişlərinin ümumi həcmi 55,2 milyon manat təşkil etməklə ümumi yerləşdirmə məbləğini üstələyib.

    Bu istiqraz buraxılışı Azərbaycanın kapital bazarında maliyyə alətlərinin diversifikasiyasına, investorların bazara etimadının güclənməsinə, yerli bazardan maliyyələşmə təşəbbüslərinin artmasına, ölkəmizin maliyyə bazarlarının dərinləşməsinə və ümumilikdə kapital bazarının inkişafına mühüm töhfə verəcəkdir. Mərkəzi Bank tərəfindən kapital bazarının inkişafı istiqamətində atılan strateji addımlar bundan sonra da nüfuzlu beynəlxalq təşkilatları və digər emitentləri cəlb etməklə Azərbaycan iqtisadiyyatının maliyyələşdirilməsinə və dayanıqlı iqtisadi artıma dəstək göstərəcəkdir.

    #kapital bazarı #Kapital artımı #kapital artımı vergisi #Azərbaycan Mərkəzi Bankı (AMB) #AZİR
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədə Qırğızıstan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

    30 Noyabr 2025 10:00

    Türkiyədə Türkmənistan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi artıb (ÖZƏL)

    29 Noyabr 2025 11:00

    Türkiyədə Misir Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

    28 Noyabr 2025 13:50

    Türkiyədə Özbəkistan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi artıb (ÖZƏL)

    26 Noyabr 2025 10:00

    Türkiyədə Səudiyyə Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

    25 Noyabr 2025 13:45

    Türkiyədə Qazaxıstan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

    24 Noyabr 2025 09:24

    Türkiyədə BƏƏ Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

    23 Noyabr 2025 17:00

    Taleh Kazımov Çin Xalq Bankının sədri ilə görüşüb

    16 Oktyabr 2025 15:32

    Milli Depozit Mərkəzi ilə Clearstream arasında əməkdaşlıq imkanları müzakirə edilib

    26 Sentyabr 2025 12:00

    Türkiyədə Qazaxıstan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

    24 Sentyabr 2025 10:22

    Qırğızıstandan Azərbaycan iqtisadiyyatına investisiyalar əhəmiyyətli dərəcədə artıb

    20 Sentyabr 2025 10:45

    Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı

    10 Sentyabr 2025 11:28
    Demo
    XƏBƏR LENTİ

    Türkiyənin hava məkanını pozan PUA F-16-lar tərəfindən zərərsizləşdirilib

    İsrail hərbçiləri İordan çayının qərb sahilində fələstinli yeniyetməni güllələyib

    Ayrı-seçkiliyi hədəf alan siyasət qəbuledilməzdir - Ərdoğan

    Netanyahu Barakın Türkiyənin Qəzzada iştirakını dəstəkləməsindən narahatdır

    Mehmet Akif Ersoyun test nəticələrində narkotik aşkar edilib

    İsrailin Suriyadakı hərbi reydləri bufer zona xəttini genişləndirir

    Ciddə hava limanı 2025-ci ildə 50 milyon sərnişinlə rekord göstəriciyə çatıb

    İraq seçkilərinin nəticələri Ali Federal Məhkəmə tərəfindən təsdiqlənib

    Tunisdə miqrantlara yardımda ittiham olunan QHT əməkdaşları hakim qarşısına çıxarılıb

    Türkiyə Neft Şirkəti 2026-cı ildə Somalidə qazma işlərinə başlayacaq - Alparslan Bayraktar

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.