BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə 2025-cü ilin avqust ayında Özbəkistana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,4 faiz artaraq, 8 milyon 709 min 85 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Özbəkistana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz artaraq, 53 milyon 31 min 66 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 artaraq, 6 milyard 263 milyon 387 min dollara bərabər olub.
“Bu ilin avqust ayında Türkiyə 751 milyon 386 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 5,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 9 milyard 542 milyon 699 min dollar məbləğində tekstil ixrac edib.