BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə 2025-cü ilin avqust ayında Azərbaycana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 31,11 faiz azalaraq, 11 milyon 193 min 56 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Azərbaycana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz azalaraq, 90 milyon 731 min 16 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyişərək, 5 milyard 164 milyon 52 min dollara bərabər olub.
“Bu ilin avqust ayında Türkiyə 656 milyon 808 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 1,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 7 milyard 891 milyon 733 min dollar məbləğində mebel ixrac edib.