BAKI, AzerVoice, Zeynəb Raminqızı
Türkiyə 2025-cü ilin iyul ayında Türkmənistana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 69,3 faiz artaraq, 1 milyon 455 min 81 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Türkmənistana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 38,5 faiz azalaraq, 9 milyon 665 min 82 dollara bərabər olub.
Qeyd edək ki, 22025-ci ilin yanvar-iyul aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artaraq, 5 milyard 512 milyon 669 min dollara bərabər olub.
“Bu ilin iyul ayında Türkiyə 777 milyon 528 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 2,5 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 9 milyard 590 milyon 197 min dollar məbləğində tekstil ixrac edib.