BAKI, AzerVoice
2025-ci ilin yanvar- iyun ayında Türkiyədə Misir kapitalı ilə 31 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25 şirkət azdır.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir şirkətlərinin məcmu kapitalı 27 milyon 520 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 94 milyon 910 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - iyun ayında Misir şirkətlərinin əksəriyyəti İstanbulda (31) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Misir şirkətlərinin ümumi kapitalı 27 milyon 520 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2025-cü ilin yanvar - iyun ayında Türkiyədə Misir kapitalı ilə 22 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.