Əsas səhifə » Muğla-Milas Bodrum hava limanında sərnişindaşıma 1 milyon nəfəri keçib (ÖZƏL)

Muğla-Milas Bodrum hava limanında sərnişindaşıma 1 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, AzerVoice

2025-ci ilin iyun ayında Türkiyənin Muğla- Milas Bodrum Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq, 1 milyon 530 min 12 nəfər olub.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin iyun ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 2 faiz azalaraq, 958 min 232 nəfər, beynəlxalq reyslər üzrə isə 1,7 faiz azalaraq 571 min 780 nəfər təşkil edib.

2025-ci ilin iyun ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq 14 min 752 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin iyun ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq, 7 min 382 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 4 faiz azalaraq, 7 min 432 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin iyun ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin iyun ayı ilə müqayisədə 2 faiz artaraq, 15 min 223 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 1 faiz artaraq, 9 min 953, beynəlxalq reyslər üzrə isə 3 faiz artaraq 5 min 270 olub.

2025-ci ilin iyun ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 108 milyon 734 min 662 nəfər, yük daşınması isə 2 milyon 335 min 564 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Digər Kateqoriyalar

2025 © Azervoice