BAKI, AzerVoice
Türkiyə 2025-cü ilin iyun ayında Azərbaycana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq, 6 milyon 151 min 58 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq, 39 milyon 707 min 86 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 19 milyard 986 milyon 716 min dollara bərabər olub.
“Bu ilin iyun ayında Türkiyə 3 milyard 408 milyon 167 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 30,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 39 milyard 495 min 509 dollar məbləğində avtomobil ixrac edib.