BAKI, AzerVoice
Türkiyə 2025-cü ilin may ayında İraqa polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz azalaraq, 50 milyon 998 min 36 dollara çatdırıb.
Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – may aylarında Türkiyədən İraqa polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azalaraq, 257 milyon 126 min 85 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq, 6 milyard 832 milyon 941 min dollara bərabər olub.
“Bu ilin may ayında Türkiyə 1 milyard 504 milyon 857 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 3,6 faiz artaraq” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 16 milyard 372 milyon 120 min dollar məbləğində polad ixrac edib.