BAKI, AzerVoice
Türkiyə 2025-cü ilin aprel ayında Qırğızıstana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,9 faiz azalaraq, 919 min 5 dollara çatdırıb.
Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Qırğızıstana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz azalaraq, 2 milyon 868 min 89 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz azalaraq, 2 milyard 509 milyon 953 min dollara bərabər olub.
“Bu ilin aprel ayında Türkiyə 622 milyon 143 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 6,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 7 milyard 890 milyon 410 min dollar məbləğində mebel ixrac edib.