BAKI, AzerVoice
2025-ci ilin aprel ayında Türkiyənin Trabzon Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 880 min 321 nəfər olub.
Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 2 faiz azalaraq, 809 min 983 nəfər, beynəlxalq reyslər üzrə isə 23 faiz artaraq 70 min 338 nəfər təşkil edib.
2025-ci ilin aprel ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq 7 min 190 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq, 5 min 960 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 15 faiz artaraq, min 299 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2025-ci ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin aprel ayı ilə müqayisədə 3 faiz azalaraq, 6 min 290 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 5 faiz azalaraq, 5 min 353, beynəlxalq reyslər üzrə də 15 faiz artaraq 937 olub.
2025-ci ilin aprel ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 64 milyon 197 min 713 nəfər, yük daşınması isə 1 milyon 431 min 519 ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.