Əsas səhifə » Türkiyədən İraqa hazır geyim ixracı artıb (ÖZƏL)

Türkiyədən İraqa hazır geyim ixracı artıb (ÖZƏL)

BAKI, AzerVoice

Türkiyə 2025-cü ilin aprel ayında İraqa hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20,5 faiz artaraq, 39 milyon 651 min 865 dollara çatdırıb.

Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən İraqa hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz artaraq, 193 milyon 633 min 48 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq, 5 milyard 410 milyon 610 min dollara bərabər olub.

“Bu ilin aprel ayında Türkiyə 1 milyard 227 milyon 668 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 0,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 17 milyard 569 milyon 420 min dollar məbləğində hazır geyim ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice