Əsas səhifə » Türkiyədən Çinə tekstil ixracı artıb (ÖZƏL)

Türkiyədən Çinə tekstil ixracı artıb (ÖZƏL)

BAKI, AzerVoice

Türkiyə 2025-cü ilin aprel ayında Çinə tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 41,5 faiz artaraq, 11 milyon 973 min 96 dollara çatdırıb.

Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Çinə tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 51 faiz artaraq, 15 milyon 333 min 96 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artaraq, 72 milyon 575 min 26 dollara bərabər olub.

“Bu ilin aprel ayında Türkiyə 771 min 643 dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 10,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 9 milyon 577 min 583 dollar məbləğində tekstil ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice