BAKI, AzerVoice
Türkiyə 2025-cü ilin aprel ayında Çinə xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23,7 faiz artaraq 990 min 76 dollara çatdırıb.
Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən Çinə xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq, 4 milyon 132 min dollara bərabər olub.
Qeyd edək ki,2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalaraq, 890 milyon 630 min dollara bərabər olub.
“Bu ilin aprel ayında Türkiyə 199 milyon 463 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 4,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 2 milyard 821 milyon 400 min dollar məbləğində xalça ixrac edib.