Əsas səhifə » Almaniya Fələstinə humanitar yardım məqsədilə 30 milyon avro ayıracaq

Almaniya Fələstinə humanitar yardım məqsədilə 30 milyon avro ayıracaq

BAKI, AzerVoice

Almaniya Fələstin ərazilərindəki mülki əhaliyə yönəlik humanitar yardım məqsədilə əlavə olaraq 30 milyon avro ayırır.

AzerVoice xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yoxann Vadeful bildirib.

Məlumata görə, ayrılan vəsait qida yardımı, su təchizatı, səhiyyə xidmətləri və müvəqqəti sığınacaqların inşası kimi sahələrdə istifadə ediləcək. Bununla da Almaniya, 2023-cü ilin oktyabrndan bəri Fələstin ərazilərinə göstərilən ümumi humanitar yardımın 333 milyon avroya çatması ilə bu bölgədəki ən böyük donor ölkələrdən birinə çevrilir.

Yardım proqramında əsas diqqət qida təminatı, ilkin tibbi yardım və psixososial dəstəyə yönəldilib.

Digər Kateqoriyalar

2025 © Azervoice