23
BAKI, AzerVoice
Türkiyənin Malatya vilayətində 3.5 bal gücündə zəlzələ baş verib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 21:58-də baş verib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikndə yerləşib.
Yeraltı təkanlar əhalidə narahatlıq yaradıb, lakin ilkin məlumata görə hər hansı dağıntı və ya xəsarət barədə məlumat daxil olmayıb. AFAD hadisəni yaxından izlədiyini və ehtiyac yaranacağı təqdirdə tədbir görüləcəyini bildirib.