BAKI, AzerVoice
İsrail höküməti Qəzzadakı müharibəni bilərəkdən uzadır.
AzerVoice xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.
“Biz əsirləri geri qaytarmaq istəyirik, amma İsrail müharibəni bitirməyə hazır deyil” - deyə, Uitkoff bildirib.
“İrəliləmək üçün açıq bir yol görünmür və razılaşma əldə olunmalı olduğu halda, hökumət müharibəni davam etdirir” - deyə, o əlavə edib.
Qeyd edək ki, İsrailin Təhlükəsizlik Kabineti, Qəzzaya yönəlmiş hücumların genişləndirilməsi planını qəbul edib. Bu plan Qəzzada daha çox ərazinin işğal olunmasını, “təhlükəsizlik tampon zonalarının” genişləndirilməsini, İsrail ordusunun işğal etdiyi bölgələrdən geri çəkilməməsini və fələstinlilərin məcburi şəkildə Qəzzanın cənubuna köçürülməsini nəzərdə tutur.
Plan qəbul edildikdən sonra İsrailin maliyyə naziri Bezalel Smotriç, Qəzzanı “daimi olaraq işğal edəcəklərini” bəyan edib.