Əsas səhifə » Türkiyədən Özbəkistana xalça ixracı 550 min dolları keçib (ÖZƏL)

Türkiyədən Özbəkistana xalça ixracı 550 min dolları keçib (ÖZƏL)

BAKI, AzerVoice

Türkiyə 2025-cü ilin iyun ayında Özbəkistana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 198 faiz artaraq, 563 min 59 dollara çatdırıb.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Özbəkistan xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq, 3 milyon 364 min 99 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz azalaraq, 1 milyard 290 milyon 246 min dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 165 milyon 780 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 6,6 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 2 milyard 783 min 114 dollar məbləğində xalça ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice