Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Ərdoğan Nobelə Layiqdir - Qlobal Sülhə Vasitəçi Lider

    13 İyul 2025 09:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Türkiyə Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəldiyi 2000-ci illərin əvvəllərindən bu yana, Ankara yalnız ölkə daxilində deyil, bölgədə və beynəlxalq arenada da aktiv vasitəçi rolu ilə çıxış edib. AK Partinin cidi bir siyasi qüvvə kimi ölkə həyatında qalmasında heç şübhəsiz hazırkı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın olduqca böyük rolu var.
    Ədalət və İnkişaf Partiyası (AK Parti) dövründə Türkiyə bir sıra regional və qlobal münaqişələrin həllində vasitəçilik təşəbbüsləri ilə çıxış edərək "sıfır problemli qonşuluq" siyasətini həyata keçirməyə çalışıb. Bu təşəbbüşlər heç də hər zaman uğurlu olmasa da , ölkənin xarici siyasətinin əsasən sülh və stabillik olduğunu açıq şəkildə ortaya qoyub.
    Bu missiyalar və təşəbbüslər zaman-zaman Ərdoğana Nobel Sülh Mükafatı verilməsi çağırışlarını da gündəmə gətirib.

    Türkiyənin Vasitəçilik Təşəbbüsləri

    Türkiyə son illərdə qlobal siyasətdə sülh, təhlükəsizlik və sabitliyin bərpası üçün vasitəçilik (arabuluculuq) və qabaqlayıcı diplomatiya sahəsində önəmli rol oynamaqdadır. Ankara, müxtəlif regionlarda baş verən münaqişələrin dialoq yolu ilə həllini təşviq edən çoxşaxəli təşəbbüslərlə özünü sülh platforması kimi təqdim edir.

    Daxili sabitlik və milli barışıq təşəbbüsləri

    Türkiyə bir sıra ölkələrdə daxili iğtişaş və qarşıdurmaların siyasi dialoqla həll olunması üçün təşəbbüslərlə çıxış etmişdir:

    İraq, Livan, Fələstin,Əfqanısta,Liviya və Qırğızıstan – Bu ölkələrdə daxili uzlaşının və ictimai barışığın bərpası üçün diplomatik missiyalar həyata keçirilib. Türkiyə, bu ölkələrdə müxtəlif etnik və dini qruplar arasında qarşılıqlı etimadın qurulmasına töhfə verib.

    Regional əməkdaşlıq və üçtərəfli dialoq mexanizmləri

    Türkiyə, qlobal diplomatiyada özünəməxsus regional formatlar quraraq sabitliyi təşviq edir:

    Əfqanıstan–Pakistan–Türkiyə üçtərəfli əməkdaşlıq – "Asiyanın Qəlbi – İstanbul Prosesi" çərçivəsində regional mülki və siyasi dəstəyin gücləndirilməsi üçün strateji platforma yaradılıb.

    Bosniya və Herseqovina–Xorvatiya–Türkiyə və Bosniya–Serbiya–Türkiyə üçtərəfli mexanizmləri – Balkanlarda etnik qarşıdurmaların azaldılması və bölgənin Avro-Atlantik inteqrasiyasına dəstək məqsədi ilə qurulub.

    Münaqişəli dövlətlər arasında vasitəçilik

    Türkiyə, birbaşa qarşıdurma yaşayan ölkələr arasında sülhün təşviqində də fəal rol oynayır:

    Sudan və Cənubi Sudan – Ankaranın təşəbbüsü ilə bu ölkələr arasında iqtisadi layihələr vasitəsilə etimad mühiti yaradılmasına çalışılıb.

    İsrail və Suriya – 2008-ci ildə Türkiyə iki düşmən dövlət arasında dolaylı danışıqların ev sahibi olmuş və sülh üçün diplomatik kanal açmışdır.

    Qlobal nüvə təhlükəsinin diplomatik həlli

    İranın nüvə proqramı – 2010-cu ildə Türkiyə və Braziliya birgə Tehran razılaşması ilə İranın nüvə böhranının dialoq yolu ilə həllinə çalışmışdır. Bu təşəbbüs hərçənd Qərb tərəfindən qəbul olunmasa da, Türkiyənin diplomatik fəallığını göstərmişdir.

    Asiya və Afrika ölkələrində sülh təşviqatı

    Cənubi Filippin – Müsəlman əhalinin yaşadığı Mindanao bölgəsində hökumət və müsəlmanlar arasında baş verən silahlı qarşıdurmanın sülh yolu ilə həlli üçün Türkiyə vasitəçi və müşahidəçi funksiyasını yerinə yetirmişdir.

    Somali və Somaliland – Bu iki tərəf arasında dialoqun qurulması üçün Ankara mütəmadi görüşlərə ev sahibliyi etmişdir.

    Efiopiya və Somali – Ankara Bəyanatı vasitəsilə hər iki ölkə tərəfindən qəbul edilən sülh mexanizmi qurulmuşdur.

    Rusiya–Ukrayna müharibəsində qlobal vasitəçi rol

    Türkiyənin son illərdəki ən əhəmiyyətli diplomatik uğuru Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə fonunda həyata keçirdiyi vasitəçilik təşəbbüsləridir:

    Qara Dəniz Taxıl Razılaşması (2022) – Rusiya və Ukrayna arasında BMT ilə birgə vasitəçilik edən Türkiyə, milyonlarla insanın ərzaq böhranından xilas olmasını təmin edən mühüm bir sazişin əldə olunmasına nail oldu.

    Rusiya–Ukrayna əsir mübadiləsi – Müharibə zamanı əsir düşən əsgərlərin və mülki şəxslərin dəyişdirilməsi üçün həyata keçirilən danışıqlarda Ankara əsas rolu oynayıb.

    Dialoq platforması – Türkiyə, hər iki tərəflə eyni anda danışıqlar apara bilən nadir ölkələrdən biri kimi tanınır və bu səbəbdən tərəflər tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir.

    Türkiyənin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində vasitəçilik fəaliyyəti: Diplomatik gücün islami kontekstdə təzahürü

    Münaqişələrlə zəngin olan İslam coğrafiyasında, diplomatiyanın və vasitəçiliyin rolu hər zamankindən daha vacibdir. Bu baxımdan, Türkiyə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində sülh və dialoqu təşviq etmək üçün əhəmiyyətli təşəbbüslərlə çıxış edərək, həm təşkilatın, həm də ümmətin vahid səsə çevrilməsinə çalışır.

    Ankara, 2016-cı ildə İƏT Zirvə Konfransının sədri və İcraiyyə Komitəsinin rəhbəri olduğu dövrdən bu yana vasitəçilik sahəsində təşkilatın potensialını artırmaq üçün davamlı səylər göstərir. Bu fəaliyyətlər təkcə normativ sənədlərlə məhdudlaşmır, eyni zamanda təlim, şəbəkələşmə və nəzəriyyənin praktika ilə birləşdirildiyi konfrans formatında davam etdirilir.

    İƏT-də vasitəçilik üçün normativ əsasların qurulması

    Türkiyənin təşəbbüsü ilə 2018-ci ildən bu yana “İƏT-nin vasitəçilik potensialının gücləndirilməsi” adlı altı qətnamə qəbul edilmişdir. Bu sənədlər İƏT-in 45-ci (53/45-POL), 46-cı (56/46-POL), 47-ci (55/47-POL), 48-ci (53/48-POL), 49-cu (51/49-POL) və 50-ci (49/50-POL) Xarici İşlər Nazirləri Şurası iclaslarında təsdiqlənmişdir.

    Bu qərarlar çərçivəsində, İƏT daxilində “Vasitəçilik Əlaqə Qrupu” yaradılmış və qısa müddətdə təşkilat daxilində say baxımından ikinci ən böyük əlaqə qrupu olmuşdur. Qrupun həmsədrliyini Türkiyə, İƏT Baş Katibliyi, Səudiyyə Ərəbistanı və Qambiya həyata keçirir.

    Qrupun rəsmi təsis toplantısı 24 sentyabr 2018-ci ildə, Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində nazirlər səviyyəsində keçirilmişdir.

    İƏT-də vasitəçilik sahəsində konkret təşəbbüslər və fəaliyyət istiqamətləri

    Bu əməkdaşlıq çərçivəsində görülən əsas işlərə aşağıdakılar daxildir:

    Mədəni və lokal həssaslıqları nəzərə alan vasitəçilik təlimatı hazırlanır.
    İƏT çərçivəsində ekspert, vasitəçi və xüsusi nümayəndələrdən ibarət şəbəkə qurulur.
    Bu struktur, İslam ölkələrinin öz aralarında və regional səviyyədə vasitəçi qismində çıxış etmələrinə zəmin yaradır.

    İstanbul Vasitəçilik Konfransları: Beynəlxalq və güvənli platforma

    Türkiyənin vasitəçilik sahəsindəki liderliyi təkcə İƏT ilə məhdudlaşmır. Xarici İşlər Nazirliyinin himayəsi altında hər il keçirilən İstanbul Vasitəçilik Konfransları, bu sahədə qlobal müzakirələr üçün mühüm forum halına gəlib.

    8-ci İstanbul Vasitəçilik Konfransı – 2022

    2022-ci il martın 10-da keçirilən 8-ci konfrans “Dəyişən sülh mühitində vasitəçiliyə diqqət” mövzusuna həsr olunmuşdu. Konfrans Antalya Diplomatiya Forumu ərəfəsində keçirilmiş, 40-dan çox ölkədən 200-dən artıq diplomat, akademik və ekspert iştirak etmişdi.

    Açılışda Türkiyə, Küveyt və Fələstin Xarici İşlər Nazirləri çıxış etmiş, BMT və ATƏT baş katibləri isə video mesaj göndərmişdi.

    Ekspert paneli: Əvvəlki uğurlu vasitəçilik təcrübələri və qarşılıqlı dərslər müzakirə olundu.

    Qadınlar və gənclər paneli: Qadın və gənclərin vasitəçilik proseslərində iştirakının uğur göstəricilərini artırdığı vurğulandı.

    Ən önəmli hadisələrdən biri də Ukrayna və Rusiya xarici işlər nazirlərinin Türkiyənin təşəbbüsü ilə eyni gün bir araya gəlməsi idi. Bu, Türkiyənin nəzəriyyəni praktikaya tətbiq edən vasitəçi rolu üçün bariz nümunə sayıldı.

    İƏT Üzvü Dövlətlər üçün Vasitəçilik Konfransları

    2017-ci ildən etibarən, yalnız İƏT üzvü ölkələrə yönəlmiş ayrıca konfranslar silsiləsi də təşkil edilir. Bu konfranslar, vasitəçiliyə dair yerli və regional həssaslıqların öyrənilməsi və təcrübə paylaşımı baxımından əhəmiyyətlidir.

    İlk üç konfrans Türkiyədə keçirilsə də, dördüncü konfrans 2022-ci il 5–7 iyun tarixlərində Ciddədə (Səudiyyə Ərəbistanı) təşkil edilmişdir.

    “Sülh naminə vasitəçilik” Sertifikat Proqramı

    Türkiyə, İƏT çərçivəsində diplomatik kadrların peşəkar şəkildə yetişdirilməsi üçün də təşəbbüslər həyata keçirir.2018-ci ildən bu yana İƏT Baş Katibliyi ilə birgə “Sülh üçün Vasitəçilik” adlı beynəlxalq sertifikat proqramı təşkil olunur.

    Sonuncu – 5-ci proqram 21–25 oktyabr 2024-cü il tarixlərində Ankarada keçirilib.Proqrama İƏT üzvü ölkələrin 14 diplomatından və Türkiyənin XİN-dən 5 iştirakçı qatılıb. Bu günədək 35 ölkədən ümumilikdə 92 diplomat bu proqramdan faydalanaraq beynəlxalq vasitəçilik sahəsində ixtisaslaşıb.

    Türkiyə və İƏT – sülh diplomatiyasının yeni gücləri

    Türkiyənin İƏT çərçivəsində həyata keçirdiyi bu təşəbbüslər, İslam dünyasında sülh və dialoqu təşviq edən yeni bir yanaşmanın əsasını qoyur. Bu siyasət həm təşkilatın institusional potensialını gücləndirir, həm də üzv dövlətlər arasında özünüifadə, dialoq və qarşılıqlı anlaşmanı artırır. Eyni zamanda, İstanbul Vasitəçilik Konfransları və “Sülh üçün Vasitəçilik” proqramları Türkiyənin bu sahədə həm nəzəri, həm də praktik liderliyini möhkəmləndirir. Nəticədə, Türkiyə təkcə Qərbdə deyil, İslam dünyasında da qlobal sülhün memarı olmağa doğru irəliləyir.

    PKK ilə Sülh Prosesində Prezident Ərdoğanın Rolu

    Ərdoğanın vasitəçilik tarixi təkcə beynəlxalq aləmlə məhdudlaşmır. Ölkə daxilində də o, uzun illərdir Türkiyənin baş ağrısı olan PKK terror təşkilatı (Kürdüstan Fəhlə Partiyası) məsələsində sülh yolu ilə həllə üstünlük verən siyasət yürütmüşdür.

    2009-cu ildən etibarən başlayan “Demokratik açılım”, sonradan “Milli birlik və qardaşlıq layihəsi” və daha sonra “Çözüm Süreci” adlandırılan təşəbbüslə hökumət PKK ilə silahı yerə qoyma istiqamətində ciddi proses başladı. Ərdoğan bu prosesi şəxsən idarə etdi və İmralı adasında həbsdə olan PKK lideri Abdullah Öcalanla dialoqun qurulmasına razılıq verildi.
    2013-cü ildə PKK atəşkəs elan etdi və sülhə doğru ciddi bir irəliləyiş müşahidə olundu. Lakin 2015-ci ildə bu proses terror hücumlarının artması fonunda pozuldu.
    Buna baxmayaraq, Ərdoğanın PKK ilə münaqişənin siyasi yollarla həllinə dair cəsarətli addımları onun bu sahədə də vasitəçi və dialoqçu lider obrazını möhkəmləndirdi. 11 iyul 2025-ci, cümə günü Türkiyənin illərdir davam edən "Terrordan Azad Türkiyə" prosesində tarixi addım atılır – PKK terror təşkilatı silahlarını yerə qoymağa başladı.

    Ərdoğana Nobel Sülh Mükafatı Verilsin

    Türkiyə və dünyanın müxtəlif yerlərindən bir sıra siyasətçilər, akademiklər və ictimai xadimlər Rəcəb Tayyib Ərdoğanın xüsusilə Rusiya–Ukrayna müharibəsində oynadığı konstruktiv rola görə Nobel Sülh Mükafatına layiq olduğunu bildiriblər. Ərdoğanın həm NATO üzvü olaraq Qərblə, həm də Rusiya ilə eyni anda danışıqlar apara bilməsi, özünü neytral və balanslı vasitəçi kimi təqdim etməsi nadir bir diplomatik bacarıq kimi qiymətləndirilir.

    Eyni zamanda Qəzza müharibəsində dəfələrlə atəşkəs çağırışları edən, Fələstinlə həmrəylik nümayiş etdirən Ərdoğan, beynəlxalq humanitar diplomatiyada da müsbət rol oynayan liderlərdən biri hesab olunur. Bütün bunları nəzərə alaraq tam əminliklə söyləmək olar ki, Türkiyə Prezidenti Nobel Sülk Mükafatılna laiq ciddi siyasi liderdir və heç şübhəsiz onun namizədliyi irəli sürülməlidir.

    Rəcəb Tayyib Ərdoğanın vasitəçilik fəaliyyətləri həm daxildə, həm də beynəlxalq miqyasda diqqətəlayiqdir. Onun liderliyi altında Türkiyə təkcə regional gücə çevrilməklə qalmayıb, eyni zamanda sülh və dialoqu təşviq edən diplomatik platforma rolu da oynayıb. Ərdoğanın diplomatik uğurları, xüsusilə Rusiya–Ukrayna arasında taxıl sazişi və PKK ilə dialoq təşəbbüsləri, yuxarıda qeyd etdiyimiz kimi, onu Nobel Sülh Mükafatı üçün real namizədə çevirir. Bu müzakirənin özü belə, onun vasitəçilik missiyalarının beynəlxalq aləmdə necə rezonans doğurduğunun göstəricisidir.

    #Rəcəb Tayyib Ərdoğan #İran nüvə razılaşmasının gələcəyi #Tramp İran nüvə razılaşması #ABŞ prezidenti Tramp və Nobel Sülh Mükafatı #Nobel Sülh Mükafatı #Türkiyənin vasitəçilik missiyaları #Ərdoğan Nobel Sülh Mükafatı #Türkiyə diplomatik təşəbbüsləri #AKP dövrü xarici siyasət #PKK ilə sülh prosesi #Türkiyə-Rusiya-Ukrayna vasitəçiliyi #Türkiyənin regional diplomatiyası #Ərdoğanın beynəlxalq rolu #Türkiyə vasitəçi ölkə kimi #İran nüvə razılaşması #Əfqanıstan–Pakistan–Türkiyə əməkdaşlığı #Bosniya–Serbiya–Türkiyə formatı #İsrail-Suriya dolaylı danışıqları #İƏT vasitəçilik təşəbbüsləri #İstanbul Vasitəçilik Konfransı #Türkiyə sülh diplomatiyası #Nobel Sülh Mükafatı namizədləri #Ukrayna–Rusiya əsir mübadiləsi #İƏT-nin Vasitəçilik Əlaqə Qrupu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hakan Fidan Sülh Şurasında Ərdoğanı təmsil edəcək

    21 Yanvar 2026 17:51

    Bayrağımıza uzanan əllərin hesabı soruşulacaq - Ərdoğan

    21 Yanvar 2026 14:49

    Ərdoğan Bahçeli ilə görüşəcək

    21 Yanvar 2026 12:58

    Ərdoğan Trampla Suriyanın gələcəyini və Qəzza sülhünü müzakirə edib

    21 Yanvar 2026 09:18

    Artıq hər platformada sözü keçən və təqib edilən bir Türkiyə var - Ərdoğan

    19 Yanvar 2026 16:16

    Tramp Ərdoğanı Qəzza Sülh Şurasına təsisçi üzv kimi dəvət edib

    17 Yanvar 2026 15:50

    Türkiyə və Yunanıstan liderlərinin görüşü fevral ayında baş tuta bilər

    15 Yanvar 2026 15:13

    Türkiyə–Azərbaycan münasibətlərində 34 il - Strateji müttəfiqliyin formalaşma yolu

    14 Yanvar 2026 17:14

    Ərdoğan CHP sədri Özgür Özələ qarşı 500 min lirəlik mənəvi təzminat iddiası qaldırıb

    8 Yanvar 2026 17:11

    Ərdoğan Malaziyanın Baş naziri ilə görüşüb

    8 Yanvar 2026 15:21

    İsrail və Suriya arasında Paris görüşü tarixi nəticələr verdi - ABŞ

    7 Yanvar 2026 12:07

    Malayziya Baş naziri Türkiyəyə rəsmi səfər edəcək

    6 Yanvar 2026 17:33
    Demo
    XƏBƏR LENTİ

    Qəzzanın bərpasının gecikdirilməsi köç planlarına xidmət edir - Fələstin Baş naziri

    Bu gün Rusiyada “Qanlı Bazar” qətliamı baş verdi

    Prezident İlham Əliyev Davosda “Vitol” şirkətinin baş icraçı direktoru ilə görüşüb

    Prezident İlham Əliyev “Qarabağ” futbol klubunun qələbəsi ilə bağlı paylaşım edib

    Tarixdə bu gün — 22 yanvar: Dünya tarixində önəmli hadisələr

    Prezident İlham Əliyev Davosda Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosla görüşüb

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumu çərçivəsində panel iclasda iştirak edib

    Ərəb və İslam ölkələri Qəzza üzrə “Sülh Şurası”na qoşulur

    ABŞ Suriyadan 150 İŞİD üzvünü İraqa köçürdü

    Prezident İlham Əliyevin Davos mesajları: Sülh və strateji sabitlik, liderliyini gücləndirən Azərbaycan

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.