Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Təhlil

    Sosial sement

    1 Yanvar 2025 20:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice / ArabAZ

    Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti.

    Cəmiyyət müxtəlif təbəqələrdən – varlıdan, kasıbdan, güclüdən, zəifdən, qocadan, cavandan və sairədən ibarətdir. Bu fərqli təbəqələrin bir araya gəlib özlərini rahat hiss etdiyi ortaq məkan və bağ “sosial sement” adlandırıla bilər. Sosial sement, fərqlilikləri bir araya gətirən, onları bir-birini tamamlamasına kömək edən və bir millət olaraq bizi birləşdirən bağdır.

    Tarixin müxtəlif dövrlərində bu sosial bağların mahiyyəti dəyişmişdir. Məsələn, bir zamanlar torpaqlarımız işğal altında idi və bu torpaqların azad edilməsi cəmiyyəti birləşdirən əsas bağ olmuşdu. Müxtəlif təbəqələrdən əqidəli insanlar bu ümumi məqsəd ətrafında birləşirdilər. Burada xüsusilə əqidəli insanlara diqqət yetirmək lazımdır.

    Əqidəli insan, gündəlik həyatını heyvanlardan fərqli olaraq mənəvi ölçülərə əsaslanaraq qurur. İnsanı heyvandan fərqləndirən əsas xüsusiyyət onun ölçülü ola bilməsidir. İnsan hər gördüyünü və hər istədiyi şeyi istənilən zaman edə bilməz. O, addımlarını düzgün zamanda, düzgün məkanda və düzgün şəraitdə atmalıdır. Bu səbəbdən insan, yeməkdən tutmuş, masa yoldaşı seçiminə qədər hər şeydə ölçüyə önəm verir.

    İnsanın həyatında ailə əhəmiyyətli yer tutur, lakin bütün həyat yalnız ailəyə həsr edilə bilməz. Hər şeyin müəyyən ölçüdə olması gözəldir. Burada Quranın bir ayəsi xatırlanır: Allah hər şeyi bir ölçü ilə yaratmışdır.

    Bu baxımdan sosial sementin nə olduğunu düşünməliyik. Sosial sement, cəmiyyətin müxtəlif təbəqələrini bir arada saxlayan elə bir bağ olmalıdır ki, burada kasıb varlıdan, zəif güclüdən dəstək ala bilsin; yetim isə arxalıdan sevgi görsün. Bəs bu necə mümkündür? Bu, yalnız varlının kasıba minnətsiz şəkildə dəstək olduğu, güclünün zəifi əzib keçmədiyi, əksinə, ona sahib çıxdığı halda mümkündür.

    Bu bağın ən güclü ifadəsi dindir. Sağlam bir din anlayışı, cəmiyyətdəki müxtəlif sosial qruplar arasında birləşdirici rol oynayır. Din insanları ülvi dəyərlər və Allahın razılığı ətrafında toplayaraq, kasıbları varlılarla, güclüləri zəiflərlə düşmən etmir, əksinə, onları bir-birinə yaxınlaşdırır.

    Din cəmiyyətləri həmçinin toplumsal depressiyadan qoruya bilir. Məsələn, mənim 10 yaşımda yaşadığım 20 Yanvar faciəsini xatırlayıram. O dövrdə oxunan Quran, din xadimlərinin birləşdirici rolu və insanların bir-birlərinə başsağlığı verməsi cəmiyyətin bu ağır travmanı yüngülləşdirməsinə yardım etdi. Həmin günlərdə “şəhidlik” anlayışını tanıdıq və onun təsəlli verici mahiyyəti ilə sakitləşə bildik.

    Cəmiyyətimizin sağlamlaşması üçün sağlam din anlayışına əsaslanan dəyərlərin gücləndirilməsi vacibdir. Əks təqdirdə, bütün bağlar zəif və dayanıqsız olacaq. Sosial mühəndisliklə məşğul olanlara bu amilləri nəzərə almağı tövsiyə edirəm.

    #Azər Hüseynov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Müsəlman dünyasında təşəbbüskarlıq niyə zəifləyib?

    23 Yanvar 2026 12:00

    İnsanlıq İslama müsəlman dünyası İnsanlığa ehtiyac duyur

    22 Yanvar 2026 13:51

    Eşq

    19 Yanvar 2026 11:48

    Mədəniyyət, ey müsəlmanlar

    17 Yanvar 2026 09:00

    Gecə İnsan Danışır. Psixo-dini düşüncələr

    16 Yanvar 2026 12:40

    İslam fikri və mədrəsəsi: ziddiyyət və razılıq tarixi

    15 Yanvar 2026 16:12

    Müharibə harada olur olsun dəhşət və qırğındır

    14 Yanvar 2026 10:01

    Öncəliklər fiqhi

    1 Dekabr 2025 16:47

    Quran ilə tanışlıq

    24 Noyabr 2025 14:41

    Xülasə etmək

    21 Noyabr 2025 21:38

    Salam alma mədəniyyəti və "almama" xüsusiyyəti

    19 Noyabr 2025 16:15

    Qəbirlər

    18 Noyabr 2025 16:15
    Demo
    XƏBƏR LENTİ

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər

    Qüdsün Azadlığına Gedən Yol: Hattin meydan müharibəsi və gizli detalları

    Azərbaycan-Belarus mədəni əməkdaşlığı müzakirə olunub

    Nazir müavini Vüsal Nəsirli Naftalanda vətəndaşları qəbul edib

    Son bir ildə 5800 əlilliyi olan şəxs işlə təmin edilib

    Avropa İttifaqı İran İnqilab Keşikçiləri Korpusunu terror siyahısına salıb

    Nipah virusu Hindistanda narahatlıq yaradıb: region ölkələri hava limanlarında nəzarəti gücləndirir

    Avropa güc dilində danışmağı öyrənməlidir - Almaniya kansleri

    Niyə bəzi insanlarla qanımız dərhal qaynayır? – Ruhların qədim dostluğu

    Bilal Ərdoğan gəlir mənbəyi ilə bağlı sualı cavablandırıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.