Bakı, AzerPress:
İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 18 min 205-ə çatıb.
AzerPress xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra açıqlama verib.
Məlumata əsasən, hücumlar nəticəsində yaralıların sayı 49 min 645-ə yüksəlib, 22 xəstəxana və 46 sağlamlıq mərkəzinin xidməti dayandırılıb.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.