Bakı. AzerPress:
TurkicWorld-un rəsmi media sponsoru olduğu Türkiyənin İHH İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfi başda olmaqla qeyri-hökumət təşkilatları 10 dekabr Dünya İnsan Haqları Günündə Fələstinə dəstək yürüşləri təşkil edib.
AzerPress xəbər verir ki, Türkiyədə təşkil edilən yürüşlərdə minlərlə insan iki aydan artıqdır Qəzzada soyqırım törədən İsrailə qarşı etiraz edib.
Məlumata əsasən, Bəyazid meydanından Ayasofya məscidi meydanına gedən iştirakçılar yürüş boyu “Qatil İsrail, Fələstindən çıx", Fələstin xalqı tək deyil” kimi şüarlar səsləndirib.
Etiraz yürüşündə çıxış edən İHH sədri Bülent Yıldırım bildirib ki, indiyə qədər Qəzzaya 700-1000 yük maşını ilə humanitar yardım daxil olmalıdı idi, lakin sadəcə 40 maşın humanitar yardım daxil ola bilib.
“Yaxın Şərqdə və dünyanın bir çox başqa yerlərində baş verən vəhşiliklərin arxasında ABŞ dayanır. Xalqımız Amerikanın Türkiyədə olmasını istəmir", - deyə o vurğulayıb.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.
Qəzza zolağında ölənlərin sayı 18 minə çatıb.
Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun


