Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Tarif qraşıdurması fonunda Çinin 2025 xarici siyasəti necə formalaşdı?

    30 Dekabr 2025 02:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVocie Analitik Təhlil Mərkəzi, Orxan Qədirzadə

    2025-ci ildə Çin Xalq Respublikasının xarici siyasət gündəmi əsasən ABŞ ilə artan ticarət gərginliyi, tarifə qarşıdurmaları və qlobal iqtisadi sistemdə mövqelərin yenidən müəyyənləşdirilməsi ilə xarakterizə olunub. ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik dövründə gömrük rüsumlarını əsas siyasi-iqtisadi alətə çevirməsi, Pekin–Vaşinqton münasibətlərini siyasi-diplomatik müstəvidən daha çox iqtisadi qarşıdurma mərhələsinə daşıyıb.

    Dünyanın iki ən böyük iqtisadiyyatı arasında münasibətlər il ərzində ideoloji və təhlükəsizlik məsələlərindən daha çox ticarət balansı, texnologiya məhdudiyyətləri, kritik minerallar, nadir torpaq elementləri və qlobal təchizat zəncirləri ətrafında müzakirə olunub. Bu prosesdə diplomatlar və hərbi strukturlardan çox, iqtisadiyyat və ticarət qurumları əsas rol oynayıb.

    Tarifə qarşıdurması və müvəqqəti razılaşmalar

    ABŞ administrasiyasının 2 aprel tarixində Çin də daxil olmaqla bir sıra ticarət tərəfdaşlarına əlavə gömrük rüsumları tətbiq etməsi Pekinin cavab tədbirləri ilə nəticələnib. Qısa müddətdə qarşılıqlı tariflərin səviyyəsi ABŞ tərəfindən 145 faizə, Çin tərəfindən isə 125 faizə qədər yüksəlib və bu, faktiki olaraq yeni mərhələli ticarət müharibəsinin başlanğıcı kimi qiymətləndirilib.

    Artan gərginlik fonunda tərəflər 2025-ci il ərzində Cenevrə, London, Stokholm, Madrid və Kuala Lumpurda beş mərhələli danışıqlar aparıblar. Müzakirələrin nəticəsi olaraq, tarif artımlarının 90 günlük dövrlərlə iki dəfə dayandırılması və iqtisadi anlaşmazlıqlar üzrə müvəqqəti çərçivə razılaşmasının əldə edilməsi barədə razılıq elan edilib. Bununla belə, əsas struktur problemlər həll edilməyib və daha sonrakı mərhələlərə təxirə salınıb.

    Texnologiya, nadir elementlər və dənizçilik sahəsində gərginlik

    ABŞ tərəfi Çinlə bağlı texnologiya ixracına, çip sənayesinə və məlumat təhlükəsizliyinə dair məhdudiyyətləri saxlayıb. Çin isə cavab olaraq nadir torpaq elementlərinin ixracına nəzarət mexanizmlərini gücləndirib. Hər iki tərəf müəyyən sahələrdə sanksiyaların tətbiqini bir il müddətinə təxirə salsa da, strateji etimadsızlıq qalmaqda davam edib.

    Bundan əlavə, ABŞ-ın Çin dənizçilik və logistika sektoruna qarşı başlatdığı 301-ci maddə istintaqı və liman rüsumları məsələsi, Pekinin cavab qərarları ilə müşayiət olunub. Nəticədə tərəflər bu sahədə də müvəqqəti dondurma qərarları ilə açıq qarşıdurmadan yayınmağa çalışıblar.

    ABŞ-nin Çin siyasətində yanaşma dəyişikliyi

    Donald Trampın ikinci prezidentlik dövrü Vaşinqtonun Çinə yanaşmasında konseptual fərqlərlə yadda qalıb. Əvvəlki administrasiyanın Çinlə münasibətləri ideoloji və təhlükəsizlik rəqabəti kimi təqdim etməsindən fərqli olaraq, Tramp administrasiyası Pekini əsasən iqtisadi rəqib kimi qiymətləndirib və qarşıdurmanı iqtisadi alətlər üzərindən aparmağa üstünlük verib.

    Bu yanaşma ABŞ-ın müttəfiqləri ilə koordinasiyadan daha çox ikitərəfli və qarşılıqlılıq prinsiplərinə əsaslanan siyasət yürütməsi ilə müşayiət olunub. Tariflər Tramp administrasiyası üçün həm daxili istehsalı stimullaşdırmaq, həm də xarici sərmayəni ABŞ-a cəlb etmək vasitəsi kimi istifadə edilib.

    Rusiya faktoru və dəyişən qlobal balans

    2025-ci ildə ABŞ-nin Rusiya ilə yaxınlaşma cəhdləri Çin üçün əlavə strateji qeyri-müəyyənlik yaradıb. Pekin, Vaşinqton–Moskva xəttində mümkün yaxınlaşmanın öz maraqlarına təsirini nəzərə alaraq Rusiya ilə mövcud strateji tərəfdaşlığı daha da möhkəmləndirməyə çalışıb.

    İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyi münasibətilə Çin və Rusiya liderlərinin qarşılıqlı səfərləri, iki ölkənin beynəlxalq nizamla bağlı oxşar mövqelərini nümayiş etdirib. Bu tədbirlərdə tərəflər, beynəlxalq sistemin BMT mərkəzli qalmasının vacibliyini vurğulayıblar.

    “Çoxqütblülük” və “Beynəlxalq Şərq” strategiyası

    Pekin administrasiyası 2025-ci ildə “hegemonyaya qarşı çoxqütblülük” və “Beynəlxalq Şərq” ölkələri ilə həmrəyliyi xarici siyasətin əsas ideoloji xətti kimi önə çıxarıb. Şanxay Əməkdaşlıq Təşkilatının Tiencin sammitində Çin tərəfindən irəli sürülən “Qlobal İdarəetmə Təşəbbüsü” bu yanaşmanın institusional ifadəsi kimi təqdim olunub.

    Bu çərçivədə Çin rəhbərliyi Türkiyə ilə də strateji dialoqu gücləndirib və iki ölkənin inkişaf etməkdə olan dünya üçün ortaq maraqlar daşıdığını bəyan edib.

    Yaponiya ilə diplomatik böhran

    İlin son aylarında Yaponiya Baş naziri Takaiçi Sanaenin Tayvanla bağlı açıqlamaları Pekin–Tokio münasibətlərində ciddi gərginliyə səbəb olub. Çin bu bəyanatları öz ərazi bütövlüyünə təhdid kimi qiymətləndirərək diplomatik etirazlar, iqtisadi məhdudiyyətlər və siyasi təzyiqlər daxil olmaqla bir sıra cavab addımları atıb.

    Analitiklərin fikrincə, 2025-ci il Çin xarici siyasəti qlobal iqtisadi rəqabət, böyük güclər arasında dəyişən balans və çoxqütblü dünya nizamı axtarışları fonunda formalaşıb və bu tendensiyaların yaxın illərdə də davam edəcəyi gözlənilir.

    #Tarif qarşıdurması Çinin 2025-ci il xarici siyasətini necə formalaşdırdı #Çin–ABŞ ticarət gərginliyi Pekinin xarici siyasətinə təsir etdi #2025-ci ildə Çinin xarici siyasəti: iqtisadi rəqabət və çoxqütblülük #Pekinin 2025 diplomatiyası tariflər və qlobal balans fonunda #Çin xarici siyasətində 2025: ABŞ ilə iqtisadi qarşıdurma ili #How Tariff Disputes Shaped China’s Foreign Policy in 2025 #China’s 2025 Foreign Policy Amid Rising US Trade Tensions #Economic Rivalry and Multipolarity in China’s 2025 Diplomacy #China Repositions Foreign Policy During 2025 Tariff Clashes #Beijing’s Global Strategy in a Year of Trade Confrontation #Tarife gerilimi Çin’in 2025 dış politikasını nasıl şekillendirdi #Çin’in 2025 dış politikası ABD ile ticaret çatışması ekseninde #Ekonomik rekabet ve çok kutupluluk: Çin diplomasisi 2025 #Çin dış politikasında 2025: tarifeler ve küresel denge #Pekin’in 2025 stratejisi: ticaret savaşı ve diplomasi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Trampın 2026-cı il Yaxın Şərq strategiyası: Sülh yoxsa yeni sövdələşmələr?

    15 Fevral 2026 08:54

    "Müqavimət Oxu"nun süqutu: Vaşinqton niyə İranın zəiflədiyini düşünür?

    14 Fevral 2026 09:00

    Dollar zəifləyir: Tramp bunu risk deyil, strategiya sayır

    13 Fevral 2026 04:00

    Tramp Netanyahunu əmin etdi ki, Tehranla danışıqlar davam edəcək

    12 Fevral 2026 07:56

    “Yolun düşsə bu dünyaya bir də gəl” və ya reinkarnasıya haqqında kiçik bir tarixi-dini dəyərləndirmə

    11 Fevral 2026 10:55

    Raket proqramı yoxdur, yalnız nüvə: Tehranın danışıqlardakı "qırmızı xətti"

    10 Fevral 2026 14:56

    İsraildə fələstinli məhbuslar üçün edam hazırlığı: Xüsusi kameralar tikilir

    9 Fevral 2026 15:55

    Türkiyənin İran qorxusu: Miqrasiya dalğası, enerji böhranı və yeni terror aktları

    9 Fevral 2026 10:00

    Qəzza üçün bərpa yoxsa yeni siyasi mərhələ?

    9 Fevral 2026 04:00

    Rusiya neftinə son, Venesuela və ABŞ-a "hə": Hindistanın yeni enerji strategiyası

    8 Fevral 2026 19:00

    Avropa zindanında yeni müttəfiqlər: İsrail niyə ifrat sağa sığınır?

    8 Fevral 2026 18:00

    Günahkar axtarışı: Netanyahunun Dövlət Müfəttişinə verdiyi qalmaqallı cavablar

    8 Fevral 2026 10:31
    XƏBƏR LENTİ

    Yanvarda Trabzon Hava Limanı 254 mindən çox sərnişin qəbul edib (ÖZƏL)

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    Mifologiyadan rəqəmsal dünyaya uzanan satanizm simvolu

    Misirdən Türkiyəyə 1 milyondan çox ton yük daşınıb (ÖZƏL)

    FHN-də WUF13-lə bağlı hazırlıq toplantısı keçirildi

    İslamda ruhun mahiyyəti: Quran və hədislər işığında sirlər

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Almaniyaya səfərindən görüntülər paylaşılıb

    Prezident İlham Əliyev: Dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur

    Prezident İlham Əliyev Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərlə bağlı paylaşım edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.