Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Böyük Şeytanın üç kartı: Neft, siyasət və məzhəb üzərindən İraq oyunu

    30 Avqust 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İraq siyasətçiləri bu günlərdə seçki rəqabətinin mübahisələri ilə məşğuldurlar. Halbuki İraq vətəndaşını məşğul edən isə bölgədəki regional hadisələr fonunda ölkənin qarşılaşa biləcəyi təhlükələrlə bağlı cavab axtarışıdır. Eyni zamanda, hər il təkrarlanan elektrik kəsintiləri kimi xidmət ehtiyacları da xalqın dərdidir.

    Bəlkə də hakimiyyətin “korluğu” vətəndaşın dərhal istədiyi xidmətlərlə, qarşıdakı taleyindən qorxusu arasında, bir tərəfdən də seçkilərə hazırlaşaraq bütün gücünü rəqiblərini devirməyə və siyasi nüfuz dairəsini genişləndirməyə sərf edən hakimiyyət qüvvələri arasında bu düşüncə boşluğunu yaradır.

    Bu arada, Tehran və Təl-Əviv arasında yeni müharibə ehtimalı tez-tez gündəmə gəlir. Eyni zamanda, İraqın hələ də bu müharibənin atəşindən yayınmaq təhlükəsindən çıxmadığı ehtimalları irəli sürülür. ABŞ-ın açıq mesajları dövlət katibi Marko Rubio tərəfindən verildi və bunu Bağdaddakı ABŞ səfirliyinin müvəqqəti işlər vəkili də təkrarladı. Bu mesajların məğzi “Həşd əş-Şaabi qanunu”nun qəbuluna qarşı çıxmaq idi. Buna cavab olaraq Xameneinin müşaviri İranda Həşdin silahsızlaşdırılmasına qarşı olduqlarını bəyan etdi.
    Beləliklə, “Həşd əş-Şaabi qanunu” İraq daxilində və xaricində siyasi çəkişməyə çevrildi və şiə siyasi tərəfləri arasında seçki təbliğatına alət oldu. Nəticədə, mübahisə qanunun qəbuluna yönəldi. Bu qanun Həşdi “siyasi sistemi və əksəriyyətin hakimiyyəti ilə təcəssüm olunan demokratiyanı qoruyan qüvvə” kimi yeni təsnifatla təqdim etməyə xidmət edir. Halbuki, elə koordinasiya çərçivəsinin öz rəhbərliyi daxilindəki ixtilaflar səbəbindən Həşd üzvlərinin təqaüd hüquqlarını qoruyan xidmət və təqaüd qanunu qəbul olunmayıb.

    Hazırkı vəziyyətdə ABŞ hərbi qüvvələrinin Ayn əl-Əsəd bazasından və Bağdad hava limanından çıxarılması və Ərbildəki Hərir bazasına köçürülməsi Bağdad və Vaşinqton arasındakı münasibətlərlə bağlı çoxlu ehtimallar doğurdu. Baş nazirin silahlı qüvvələr üzrə baş komandanının ofisi bu addımı “hökmətin uğuru, İraqın terrorla mübarizə aparmaq və təhlükəsizlik və sabitliyi təmin etmək gücünün göstəricisi” kimi qiymətləndirdi. ABŞ-ın Bağdad səfirliyinin bəyanatında isə bu addım beynəlxalq hərbi koalisiyanın İraqdakı missiyasından “daha ənənəvi ikitərəfli təhlükəsizlik tərəfdaşlığına keçid” kimi təqdim olundu.

    Bu bəyanatlara baxmayaraq, hərbi qüvvələrin çıxışı qəfil addım oldu! Çünki beynəlxalq koalisiyanın İraqdakı missiyasının bitməsi 2026-cı ilin sonuna qədər müəyyən edilmişdi. Əslində baş verən, ABŞ qüvvələrinin İraqdan tam çıxışı deyil, sadəcə onların Ərbilə köçürülməsidir.

    ABŞ-ın hərbi mövcudluğunu Kürdüstan bölgəsinə köçürməsi üç fərziyyə ilə izah oluna bilər:

    Mərkəzi hökumət bölgələrinin artıq bu qüvvələr üçün təhlükəsiz olmaması – xüsusilə 11 oktyabr 2023-dən sonra təkrar hücumlara məruz qalmaları və Bağdad hökumətinin onları qorumaqda aciz görünməsi. Bu addım, həmçinin İran və İsrail arasında yeni müharibə ehtimalı və ABŞ-ın bu müharibədə güclü iştirakı ilə əlaqədar öz mövcudluğunu təmin etmək istəyi ola bilər.

    İranın İraqdakı nüfuzunun azaldılmasının mümkünsüzlüyü – İranın şiə siyasi qərarvericiliyinə nəzarəti, bir çox sünni siyasi liderləri öz tərəfinə çəkməsi, habelə silahlı qollarının güclü nüfuzu fonunda ABŞ-ın bu məqsədi demək olar ki, qeyri-mümkün hala gəlib.

    İraqdakı silahlı dəstələrə hərbi zərbə hazırlığı – çünki onlar və husilər İranın bölgədə qalan son silahlı qollarıdır. Kim ki, düşünür ki, İraq Yaxın Şərqin yenidən dizaynından kənarda qalacaq, yanılır. Təzyiq istər hərbi güclə, istərsə də seçkilərdən sonra siyasi təsir bölgüsündə iştirakla olacaq.

    LARİCANİNİN SƏFƏRİ

    İranın Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi Əli Laricaninin İraqa səfəri də bu çərçivədə təsadüfi sayılmır. Onun İraqla İran arasında təhlükəsizlik sazişinin imzalanmasından danışması əslində İraqın İranla birlikdə hərəkət edəcəyini göstərir. “Təsnim” agentliyinin verdiyi xəbərə görə, Laricani televiziyaya açıqlamasında deyib: “İran və İraq arasındakı təhlükəsizlik sazişində əsas məqam hər iki ölkənin bir-birinin daxili işlərinə üçüncü tərəfin müdaxiləsinə imkan verməməsi, bir-birinin ərazilərindən qarşı tərəfə qarşı istifadə olunmasına icazə verməməsidir.” Əks tərəfdən, İraqın milli təhlükəsizlik müşaviri bu sazişin əhəmiyyətini azaldaraq, bunun sadəcə İran-Kürd müxalifəti ilə bağlı “anlaşma memorandumu” olduğunu açıqladı.

    ABŞ-İN STRATEGİYA ÇATIŞMAZLIĞI

    Hazırda Tramp administrasiyasında İraqa dair aydın bir strategiya görünmür. Çünki İraq səfiri vəzifəsi hələ də boşdur. Bu da ABŞ-ın İraqla bağlı planlarının olmamasının göstəricisidir. Buna baxmayaraq, amerikalılar iqtisadi sanksiya mesajları göndərməkdən çəkinmirlər – xüsusən İraq neftinin ixracı və dollar məsələsində.

    Bağdaddakı siyasətçilər isə ABŞ-la münasibətlərin gələcəyi ilə bağlı kritik suallara cavab verməyiblər. Hökumət və amerika əleyhinə şüarlar qaldıran şiə çərçivə qüvvələri ABŞ-la yeni münasibətlərin hansı formada olacağını demirlər. Münasibətlər strateji tərəfdaşlıqmı olacaq, dostluq üzərindəmi qurulacaq, yoxsa “dost-düşmən” qarışığında davam edəcək – bu sual açıq qalır.

    Ancaq baş nazir Məhəmməd Şiə əs-Sudani hökuməti, əlbəttə ki, şiə çərçivə qüvvələrinin dəstəyi ilə, ABŞ şirkətlərinin, xüsusən də neft sahəsində, İraqa qayıtmasına yönəlib. Neft Nazirliyi ilə “Chevron” şirkəti arasında kəşfiyyat müqaviləsi imzalanıb. Sudani hökuməti ABŞ şirkətlərinin yenidən İraqda fəaliyyətini alqışlayıb və bunu “strateji əməkdaşlıq” kimi təqdim edib.

    ŞİƏ QÜVVƏLƏRİNİN ÇƏTİN VƏZİYYƏTİ

    “Həşd əş-Şaabi” qanunu ilə bağlı ABŞ təhdidləri anti-amerikan şüarlar qaldıran şiə siyasi qüvvələrini çətin duruma salır. Çünki kürdlər artıq ABŞ-la strateji ittifaq seçiblər. Sünni siyasi qüvvələr də ABŞ-la qarşıdurmaya qoşulmayacaqlar. Beləliklə, məsuliyyət şiələrin üzərinə düşəcək. ABŞ himayəsini itirdikdə isə rejim şiələrarası münaqişəyə sürüklənə bilər.

    İraq siyasi səhnəsində İranın siyasi təsiri ən yüksək səviyyədədir, bununla yanaşı ideoloji bağlılığı olan hərbi qollar vasitəsilə də qeyri-rəsmi hərbi nüfuzu var. Digər tərəfdən, ABŞ-ın rəsmi hərbi mövcudluğu olsa da, siyasi təsirdə çoxlu səhvlər edib – Obamadan Baydenə, Trampın ilk dönəminə qədər. Hələ də İraqa dair yeni və aydın ABŞ strategiyası görünmür.

    Əslində, problem Vaşinqtonla Tehranın mübarizəsindən daha çox İraqın öz şiə siyasi qüvvələrindədir. Onlar Vaşinqton və Tehran arasındakı qarşıdurmadan kənara çıxa bilmirlər. Çünki onların mövqeyi yalnız İraq məsələsi ilə bağlı deyil, həm də İran–ABŞ münasibətlərindəki gərginlik və sakitləşmədən tam asılıdır. Bundan da çətin olanı isə İraqdakı bəzi siyasi aktorların İrandakı qərarvericilərlə eyni mövqedə olmasıdır. Onlar hesab edirlər ki, İraq ABŞ-ın maraqlarına qarşı mesaj ötürmək üçün ən təsirli arenadır.

    #Məhəmməd Şia Əl-Sudani #Marko Rubio #Həşdi-Şaabi #Sergey Lavrov və Rubio görüşü #Kürd Regional Administrasiyası (KRG) #Həşd əş-Şaabi nədir #Tami Brus Həşd açıqlaması #Həşd əş-Şaabi və korrupsiya ittihamları #Həşd əş-Şaabi seçkilərdə rol oynayırmı #İraqda Həşdin hüquqi statusu #Həşd əş-Şaabi ilə bağlı qanunvericilik dəyişiklikləri #ABŞ niyə Həşd əş-Şaabinin ləğvini istəyir? #İran Həşd haqqında nə deyir? #Həşd əş-Şaabi qanunu nəyi dəyişəcək? #İraqda Həşd üzvlərinin sayı nə qədərdir? #Həşd əş-Şaabi seçkilərə necə təsir edir? #Həşdin rəhbəri kim olacaq? #ABŞ-İran müzakirələrində Həşdin rolu nədir? #İraq parlamenti Həşd haqqında hansı qanunu qəbul edib? #Məhəmməd Şiə əs-Sudani seçkilər 2025 #Sudani namizədliyi #İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani #Məhəmməd Şiə əs-Sudani #Fidan-Rubio telefon danışığı #Böyük Şeytan #İraq siyasətçiləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bu həftə diplomatiya baxımından önəmli ola bilər - Kallas

    1 Dekabr 2025 14:24

    Ukraynada müharibəni sona çatdırmaq üçün hələ görüləcək işlər var - Rubio

    1 Dekabr 2025 11:22

    ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlayıb

    30 Noyabr 2025 18:59

    Rubio, Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər - KİV

    30 Noyabr 2025 10:06

    Rubio NATO-nun xarici işlər nazirlərinin toplantısına qatılmayacaq

    29 Noyabr 2025 09:11

    Cenevrədəki barış planı layihəsi Ukrayna milli maraqlarını əks etdirir - Ağ Ev

    24 Noyabr 2025 11:18

    Səudiyyə və ABŞ gələcəyin texnologiyalarında birgə əməkdaşlığa başlayır

    19 Noyabr 2025 21:12

    Sudani parlament seçkilərində böyük qələbə qazanıb

    12 Noyabr 2025 14:19

    Türkiyə və ABŞ XİN rəhbərləri regional məsələləri müzakirə ediblər

    11 Noyabr 2025 09:07

    Məhəmməd Şiə əs-Sudani ikinci dəfə Baş nazir olacaqmı?

    5 Noyabr 2025 09:00

    ABŞ-dan İraq-Türkiyə su əməkdaşlığına dəstək

    4 Noyabr 2025 11:46

    ABŞ-də hökümət üzvləri təhlükəsizlik səbəbilə hərbi bazalara köçürülüb

    3 Noyabr 2025 19:23
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 8 Dekabr

    Özbəkistanda Konstitusiya Günü ərəfəsində 615 nəfər əfv edilib

    Qubada ASAN Könüllüləri üçün insan hüquqları və mediasiya mövzusunda maarifləndirici görüş keçirilib

    Yer kürəsində güclü maqnit qasırğaları gözlənilir

    Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb

    İran xarici işlər naziri Azərbaycana səfərə gəlib

    Tayland ordusu Kamboca ilə sərhəddə yaşayan insanların təxliyə edilməsini elan edib

    Lando Norris ilk dəfə Formula 1 çempionu olub

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər

    Türkiyədən Türkmənistana xalça ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.