14
BAKI,AzerVoice
2025-ci il iyunun 4-də BMT Baş Assambleyasının 79-cu sessiyasının 75-ci plenar iclasında Türkmənistan 2026-2028-ci illər üçün BMT İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü seçilib.
AzerVoice xəbər verir ki, ECOSOC BMT-nin iqtisadi və sosial işlərini əlaqələndirən əsas orqan olmaqla, davamlı inkişafın üç əsas istiqaməti — iqtisadiyyat, sosial sahə və ətraf mühit üzrə fəaliyyətlərin mərkəzində dayanır.
ECOSOC 54 dövlətdən ibarətdir və Baş Assambleya tərəfindən üçillik müddətə seçilir. Hər il vəzifə müddəti başa çatan ölkələrin yerinə regional qruplardan 18 yeni üzv seçilir.
Xatırladaq ki, Türkmənistan bundan əvvəl 2013-2015-ci və 2019-2021-ci illərdə də ECOSOC-un üzvü olub.