Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyədən qalxan Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini daşıyan təyyarə qəzaya uğrayıb

    24 Dekabr 2025 00:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Ankara Esenboğa Beynəlxalq Hava Limanından havaya qalxan xüsusi təyyarə ilə əlaqənin kəsildiyi bildirilib. Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini və onu müşayiət edən nümayəndə heyətini daşıyan təyyarənin qısa müddət sonra qəzaya uğradığı və qəzanın baş verdiyi ərazinin müəyyən edildiyi açıqlanıb.

    AzerVoice-un məlumatına görə, təyyarə Ankaradan havaya qalxdıqdan az sonra hava hərəkətinə nəzarət sistemləri ilə əlaqəni itirib. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə axtarış-xilasetmə qrupları, fövqəladə hallar üzrə xidmətlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    Türkiyənin daxili işlər naziri Ali Yerlikaya hadisə ilə bağlı ilkin məlumat verib. Nazir bildirib ki, xüsusi təyyarənin göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi də daxil olmaqla ümumilikdə dörd nəfər olub.

    Əldə edilən məlumatlara əsasən, uçuşdan qısa müddət sonra təyyarədə texniki problem yaranıb. Pilotun hava hərəkətini idarə edən xidmətlə əlaqə saxlayaraq uçuş aparatında elektrik sistemində nasazlıq baş verdiyini bildirdiyi qeyd olunub.

    Bu məlumatdan sonra təyyarənin marşrutunu dəyişərək geri qayıtmaq və təcili eniş etmək istədiyi, lakin bir müddət sonra əlaqənin tamamilə kəsildiyi bildirilib.

    Axtarış-xilasetmə tədbirləri nəticəsində xüsusi təyyarənin qalıqları tapılıb. Daxili işlər naziri Ali Yerlikaya son açıqlamasında bildirib ki, Ankara Esenboğa Beynəlxalq Hava Limanından Tripoliyə uçmaq üçün havaya qalxan təyyarənin qəza yeri Ankaranın Haymana rayonunun Kesikkavak kəndindən təxminən 2 kilometr cənubda müəyyən edilib. Təyyarənin qalıqlarına Türkiyə jandarma qüvvələri tərəfindən çatılıb.

    Nazir qeyd edib ki, hadisə ilə bağlı araşdırmalar davam etdirilir və əldə olunan yeni məlumatlar barədə ictimaiyyətə əlavə açıqlamalar veriləcək.

    Qeyd edək ki, Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Məhəmməd Əli əl-Haddad qəza baş verməzdən əvvəl Türkiyənin milli müdafiə naziri Yaşar Güləri ziyarət edib.

    #Ankarada Liviya Baş Qərargah rəisini daşıyan xüsusi təyyarə qəzaya uğrayıb #Esenboğadan havalanan xüsusi təyyarənin enkazı tapılıb #Ankarada radar əlaqəsi kəsilən təyyarə qəzaya uğrayıb #Liviya Baş Qərargah rəisini daşıyan təyyarə ilə bağlı rəsmi açıqlama #Ankarada xüsusi təyyarə qəzası: axtarış-xilasetmə başa çatıb #В Анкаре обнаружен обломок самолёта с начальником Генштаба Ливии на борту #В Турции разбился частный самолёт #вылетевший из Анкары #Самолёт с ливийской военной делегацией потерпел крушение #Потерявший связь самолёт найден в районе Анкары #Wreckage of Plane Carrying Libya’s Army Chief Found Near Ankara #Private Jet Carrying Libyan Military Delegation Crashes in Turkey #Plane Loses Radar Contact After Takeoff From Ankara #Turkish Authorities Find Wreckage of Aircraft Bound for Tripoli
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    Türkiyə və Liviya təhlükəsizlik məsələlərini müzakirə edib

    13 Fevral 2026 12:57

    İstanbulda çirkli gəlirlərin leqallaşdırılması işi üzrə 16 nəfər saxlanılıb

    13 Fevral 2026 11:19

    Türkiyədə 12 vilayətdə mütəşəkkil cinayət şəbəkələrinə qarşı əməliyyat keçirilib

    13 Fevral 2026 10:04

    Ərdoğan Vuçiçlə mətbuat konfransında Türkiyənin Balkan regionuna verdiyi önəmdən danışıb

    12 Fevral 2026 22:28

    Ərdoğan serbiyalı həmkarı Aleksandr Vuçiç ilə görüşüb

    12 Fevral 2026 19:52

    Vaşinqton və Tehran nüvə razılaşmasında "çeviklik" nümayiş etdirir - Hakan Fidan

    12 Fevral 2026 19:01

    Epstein sənədlərində MİT-in Suriyada ABŞ-a qarşı əməliyyatı barədə məlumat verilib

    12 Fevral 2026 18:38

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    12 Fevral 2026 17:06

    Suriyadakı inkişafları yaxından izləyirik - Türkiyə MN

    12 Fevral 2026 13:41

    İslam dünyası nəqliyyatla strateji gücə çevrilə bilər - Ərdoğan

    12 Fevral 2026 12:34

    Ankara yaxınlığında düşən Liviya təyyarəsinin qara qutusundakı pilot danışıqları məlum olub

    4 Fevral 2026 16:02
    XƏBƏR LENTİ

    Yanvarda Səudiyyə–Türkiyə marşrutu üzrə 167 min tondan çox yük daşınıb (ÖZƏL)

    İstanbulda Müəllif Hüquqları Sammiti - Azərbaycanlı naşirlər 150 ikitərəfli görüş keçirdi

    Prezident İlham Əliyev Almaniyaya rəsmi səfər edib

    Saxlanılan icra başçısının həbs müddəti uzadıldı

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    Tehran danışıqların davamı üçün balanslı mövqe istəyir

    Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir

    Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan MR üzrə pensiyalar yeni artımlarla birgə ödənildi

    “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsü Naxçıvanda enerji səmərəliliyi barədə məlumatlılığı artırır

    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.