Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Bahçeli İzmirdə baş verən terror aktı ilə əlaqəli açıqlama verib

    8 Sentyabr 2025 16:29
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli, İzmirin Balçova rayonunda polis məntəqəsinə silahlı hücumla bağlı yazılı açıqlama yayıb.

    AzerVoice xəbər verir ki, hadisəni “xain və vəhşi bir sui-qəsd” adlandıran Bahçeli, baş verənləri Türk millətini dərindən kədərləndirən bir terror aktı kimi qiymətləndirib. Hücum nəticəsində şəhid olan polis müfəttişi və polis əməkdaşı üçün başsağlığı verən Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri, yaralanan əməkdaşlara isə şəfa diləyib.

    “İnanıram ki, hücumçunun əlaqələri və arxasında duran qüvvələr tam şəkildə ifşa olunacaq. Bu mənfur və alçaq hadisənin pərdəarxası mütləq açılacaqdır,” – deyə Bahçeli qeyd edib.

    Devlet Bahçeli hadisəni təkcə fərdi bir hücum kimi deyil, Türkiyə üzərində qurulan geniş miqyaslı “alçaq oyunların” bir parçası kimi dəyərləndirib. O qeyd edib ki, “Səhər saatlarında 16 yaşında bir qatilin uzun lüləli silahla polis məntəqəsinə atəş açması, ölkəmizə qarşı oynanan alçaq oyunlardan asılı olmayaraq qiymətləndirilə bilməz. Daxili barış və əmin-amanlığı pozmaq istəyən dairələri təşviq edən, təhrik edən və hərəkətə keçməyə vadar edən iç və xarici xəyanət cəbhəsini darmadağın etmək milli bir vəzifədir. Bu vəzifə müqəddəsdir və Türkiyə Cümhuriyyəti dövləti buna qadirdir.”

    Bahçeli çıxışının sonunda xalqın sülh və qardaşlıq arzusunun pozulmasına çalışanların məqsədlərinə nail ola bilməyəcəyini də əlavə edib.

    #Devlet Bahçeli #Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) #İzmir #şəhid #İzmir mərkəzli əməliyyat #İzmir hücumu 2025 #İzmir terror hadisəsi #şəhid olan polis əməkdaşları #İzmir polis hücumu araşdırılır
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan Bahçeli ilə görüşəcək

    21 Yanvar 2026 12:58

    Dəməşqin təhlükəsizliyi Ankaranın təhlükəsizliyidir - Bahçeli

    20 Yanvar 2026 12:42

    Devlet Bahçeli İrandakı gərginliyin həm Türkiyəni, həm də bölgəni təhdid etdiyini bildirib

    13 Yanvar 2026 12:44

    Türkiyədə silah və sursat qaçaqmalçılığına qarşı genişmiqyaslı əməliyyat: 202 şübhəli saxlanıldı

    4 Yanvar 2026 12:59

    Türkiyədə polis-İŞİD qarşıdurmasında 3 polis şəhid olub

    29 Dekabr 2025 13:06

    Vəzifəsindən azad olunan CHP-li Bələdiyyə Başçısı, Bahçeli ilə görüşüb

    13 Dekabr 2025 15:30

    Terroru bitirəcəyik, separatçılığa son qoyacağıq - Bahçeli

    3 Dekabr 2025 10:08

    Türkiyədə FETO-nun qadın şəbəkəsinə qarşı əməliyyat keçirilib

    17 Noyabr 2025 19:07

    Azərbaycan-Gürcüstan sərhədində təyyarə qəzası ilə bağlı axtarış-xilas işləri davam edir - Duran

    12 Noyabr 2025 17:56

    Ərdoğan Milliyyətçi Hərəkat Partiyası sədri Dövlət Bahçeli ilə görüşəcək

    12 Noyabr 2025 15:47

    İran XİN Türkiyəyə başsağlığı verib

    12 Noyabr 2025 11:04

    Demirtaş dəstəyi üçün Bahçeliyə təşəkkür edib

    4 Noyabr 2025 18:49
    XƏBƏR LENTİ

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan dairəvi əl xalçasının kəsilməsi mərasimində iştirak edib

    Qırğızıstan parlamentinin yeni sədri bəlli olub

    Rəşad Nəbiyev Əbu-Dabi Əmirliyinin Bələdiyyələr və nəqliyyat departamentinin sədri ilə görüşdü

    Çin Venesuela neftinin idxalını bərpa edib

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    Azərbaycan və Türkmənistan atçılıq sahəsində əməkdaşlığı genişləndirir

    Türkiyənin D-8 idxalı azalıb, ixrac isə yüksəlib (ÖZƏL)

    SOCAR-ın qaz hasilatı 1,4 faiz artıb

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    Dövlət Komitəsi Çağrı Mərkəzini istifadəyə verib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.