BAKI, AzerVoice, Nərmin Ağayeva
Türkiyədə Mersinin Bozyazı rayonunda meşə yanğını başlayıb və yanğınsöndürmə işləri davam etdirilir.
AzerVoice xəbər verir ki, Kozaağacı yaylasının Kabaağaç ərazisindəki meşədə hələlik səbəbi məlum olmayan yanğın nəticəsində tüstü qalxıb. Bölgəyə dərhal Bozyazı Meşə Əməliyyat Müdirliyinin personalı, jandarma qrupları, yanğınsöndürmə vertolyotu və su maşınları göndərilib.
Havadan və yerdən aparılan müdaxilələrlə yanğının nəzarət altına alınması üçün işlər davam etdirilir.
Qeyd edək ki, bölgədəki meşə yanğınlarının qarşısını almaq və müdaxilə etmək üçün xüsusi briqadalar və texnika daim hazır vəziyyətdədir.