Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    "Terrorsuz Türkiyə" prosesi bu ilin sonuna qədər tamamlanacaq - Bahçeli

    10 Avqust 2025 17:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli “Terrorsuz Türkiyə” prosesinin ilin sonuna qədər başa çatdırılacağını bəyan edib.

    AzerVoice xəbər verir ki, o, Türkiyə Böyük Millət Məclisində (TBMM) yaradılan komissiyanın fəaliyyətini yüksək qiymətləndirdiklərini, bütün siyasi partiyaların bu prosesə dəstək verməsinin vacibliyini vurğulayıb.

    Bahçeli bildirib ki, PKK terror təşkilatının Abdullah Öcalanın silahların yerə qoyulması çağırışına tam uyğun davranması müsbət nəticələr verə bilər. Onun sözlərinə görə, silahları basdırmaq əvəzinə yandırmaq daha mənalı addımdır, çünki basdırılan silah sonradan yenidən çıxarıla bilər.

    Türk millətinin hər bir fərdinin ayrılmaz bir bütöv olduğunu qeyd edən Bahçeli, sülh mühitinin gerçəkləşməsi üçün MHP olaraq səmimi şəkildə çalışdıqlarını söyləyib. O, həmçinin Şərqi və Cənubi-Şərqi Anadoluda yaşayan kürd əsilli vətəndaşların da terrorun sona çatması üçün görülən işlərə istisnasız dəstək göstərməsinin “Terrorsuz Türkiyə” hədəfinin uğurla gerçəkləşməsində mühüm rol oynayacağını vurğulayıb.

    Qeyd edək ki, iyulun 11-də İraqın Süleymaniyyə şəhərində PKK-ya bağlı bir qrup silahlarını məhv edərək prosesin yeni mərhələsini başladıb.

    PKK üzvləri Süleymaniyyənin Surdaş mahalı sərhədindəki mağarada toplaşaraq silahlarını alovlu qazanda məhv ediblər. Proses İraq Kürd Regional Rəhbərliyi, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı, DEM Partiyası nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə izlənilib.

    MHP sədri Devlet Bahçelinin çağırışı və Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə irəliləyən "Terrorsuz Türkiyə" prosesi, silahların məhv edilməsi ilə simvolik dönüş nöqtəsinə çatıb. PKK-nın tam tərksilahı sentyabrın sonuna qədər tamamlanması planlaşdırılır.

    Həmçinin qeyd edək ki, bu prosesin əsas mərhələlərinə DEM Partiyasının Ədliyyə Nazirliyinin icazəsi ilə İmralıya səfərləri, siyasi partiyalar arasında müzakirələr və prezident Ərdoğanın Pervin Buldan və Mithat Sancarla görüşləri daxildir. PKK mayın 5-7-də keçirilən qurultayında təşkilatın ləğvi və silahın yerə qoyulması qərarını açıqlamışdı.

    "Terrordan Azad Türkiyə" hədəfinin həyata keçməsi ilə ölkə əhalisi üçün yeni bir dövr başlayır. Hökumət, prosesi sülh və təhlükəsizlik çərçivəsində davam etdirməkdə qərarlıdır.

    #Türkiyə #PKK #Devlet Bahçeli #Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) #TBMM #PKK terror təşkilatı #terror #Abdullah Öcalan #Türkiyə Böyük Millət Məclisi (TBMM) #Abdullah Öcalan son açıqlaması #PKK-nın silahları yerə qoyması #Abdullah Öcalanın çağırışı #terrorsuz Türkiyə #DEM partiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə 17 axtarılan şəxsi xaricdən gətirdi

    17 Yanvar 2026 13:25

    Tramp Qəzzada Sülh Şurasının yaradıldığını elan etdi

    16 Yanvar 2026 09:09

    Türkiyə vitse-prezidenti ABŞ səfirini qəbul edib

    15 Yanvar 2026 13:10

    Türkiyədə texniki təmir xidməti satın alınacaq

    14 Yanvar 2026 17:43

    Türkiyə–Azərbaycan münasibətlərində 34 il - Strateji müttəfiqliyin formalaşma yolu

    14 Yanvar 2026 17:14

    bp Xəzərdə qazma məhlullarının təkrar emalı üçün innovativ yanaşma tətbiq edir

    14 Yanvar 2026 14:51

    Abbas Əraqçi və Hakan Fidan regional gərginliyi müzakirə ediblər

    14 Yanvar 2026 12:56

    İran: uzun sürən çürümə və bir günün içində çökmə

    14 Yanvar 2026 12:54

    ADEX 2026: Müdafiə sənayesində yeni məhsul və texnologiyalar Bakıda sərgilənəcək

    14 Yanvar 2026 12:28

    Antalyada korrupsiyaya qarşı əməliyyat: 15 nəfər saxlanıldı

    14 Yanvar 2026 11:39

    ABŞ İrandakı vətəndaşlarına xəbərdarlıq etdi - “Dərhal ölkəni tərk edin”

    14 Yanvar 2026 09:23

    Devlet Bahçeli İrandakı gərginliyin həm Türkiyəni, həm də bölgəni təhdid etdiyini bildirib

    13 Yanvar 2026 12:44
    Demo
    XƏBƏR LENTİ

    Keçən il Türkiyədən Özbəkistana avtomobil ixracı 65 milyon dolları keçib (ÖZƏL)

    Sloveniya yığmasının sabiq üzvü Azərbaycanda oynaya bilər

    “Hizbullah” Aunun çağırışlarından narazıdır, lakin tək qalmaqdan ehtiyat edir

    Keçən il Türkiyədən Qazaxıstana tekstil ixracı 80 milyon dolları keçib (ÖZƏL)

    BDYPİ bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciət etdi

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

    Osmanlı dövlətinin ilk böyük mühasirələri: Bursa, İznik və İzmitin fəthi

    Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

    Azərbaycan Voleybol Federasiyası növbəti seçimlərini Sumqayıtda həyata keçirdi

    Keçən il Türkiyədən Misirə xalça ixracı 1 milyon dolları keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.