11
BAKI, AzerVoice
Türkiyənin Balıkesir vilayətində yeni yanğın qeydə alınıb.
AzerVoice bu barədə türk KİV-ə istinadən xəbər verir.
Yanğın Balıkesirin Manyas rayonunda günorta saatlarında başlayıb. Hadisə yerinə Meşə Təsərrüfatı İdarəsinə məxsus hava qüvvələri cəlb edilib. Yanğına helikopterlər və yanğınsöndürən təyyarələrlə müdaxilə olunur.
Yanğının daha geniş əraziyə yayılmasının qarşısını almaq üçün fasiləsiz müdaxilənin həyata keçirildiyi qeyd olunub.
Yanğının çıxma səbəbi naməlumdur. Hadisə ilə bağlı araşdırmalar aparılır.