Əsas səhifə » Türkiyə NATO Zirvəsinə ev sahibliyi edəcək - Ərdoğan

Türkiyə NATO Zirvəsinə ev sahibliyi edəcək - Ərdoğan

BAKI, AzerVoice

2026-cı il NATO Zirvəsi Ankarada keçiriləcək.

AzerVoice xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 2026-cı il NATO Dövlət və Hökumət Başçıları Zirvəsinin Ankarada keçiriləcəyini açıqlayıb.

O, NATO çərçivəsində qəbul ediləcək mühüm qərarların Türkiyənin ev sahibliyində formalaşacağını bildirib.

Ərdoğan bu açıqlamanı Prezident Kabinetinin Beştəpədə keçirilən iclasından sonra verib. O, "Terrordan Azad Türkiyə" siyasətinə də toxunaraq bəzi daxili və xarici təxribatlara qarşı səbrli, lakin qərarlı mövqe nümayiş etdirəcəklərini bildirib.

"Biz heç kimin göz yaşlarına baxmırıq. Pəncərəmizə daş atan olarsa, cavabını top gülləsi ilə verərik", – deyə o bildirib və daxili sabitliyə qarşı atılan hər hansı təxribatın qarşısının qətiyyətlə alınacağını vurğulayıb.

Prezident həmçinin səhiyyə sahəsində əhəmiyyətli bir yeniliyi açıqlayıb: Hemofiliya A və 25 növ xərçəng xəstəliyinin müalicəsi üçün istifadə edilən dərmanların SGK tərəfindən qarşılanacağını bildirib.

Qeyd edək ki, son NATO Zirvəsi bu ilin iyununda Haaqada keçirilmişdi. Ankarada keçiriləcək 2026-cı il NATO Zirvəsi, Türkiyənin alyansdakı rolunun və diplomatik mövqeyinin daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Digər Kateqoriyalar

2025 © Azervoice